Xidmətlərimiz

Study Abroad (Xaricdə təhsil)

Əgər Sizdə ABŞ, İngiltərə, Almaniya kimi xarici ölkələrdə təhsil almaqla bağlı suallar yaranarsa və ya siz ali təhsil, magistr dərəcəsi almaq, yaxud dil kursları keçmək istəyirsinizsə, onda A-Level Consulting Center-in əməkdaşları bu işdə sizə kömək edər:
- təhsil almaq istədiyiniz ölkəni seçmək;
- dil kurslarını, kollec və ya universiteti seçmək;
- mütəxəssislər üçün ixtisaslaşdırılmış kursları seçmək;
- proqramları bronlaşdırmaq;

- təhsilin akademik planını işləyib hazırlamaq;
- viza almaq üçün ərizəni doldurmaq;
- aviabileti rəsmiləşdirmək.

Sizə həm də aşağıdakılar barədə məsləhət verəcəklər:
- pullupulsuz təhsil almaq;
- yaşayış şəraiti;
- qiymətlər.

Çoxəsrlik təhsil ənənələri ilə seçilən Böyük Britaniya universitetlərində təhsil almaq, akademik hazırlığı ilə tanınan Almaniyanın ali təhsil ocaqlarına daxil olmaq, yaxud elmi tədqiqatlar aparmaq üçün bütün lazımi avadanlıqlarla təchiz edilmiş və dünya reytinqinin ilk yerlərini tutmağa layiq  ABŞ universitetlərində oxumaq mümkündür.

Ekspertlərimiz Sizi maraqlandıran bütün suallara cavab verməyə şad olarlar.

Bizim iş prinsiplərimiz: 

  • Dürüstlük - Biz yalnız rəsmi məlumatlarla işləyirik.
  • Obyektiv və tutarlı məlumatlar – Biz bütün proqramlar və ali təhsil ocaqları haqqında məlumat veririk.
  • Effektivlik – Xaricdə təhsil almaq – bizim ixtisaslaşdığımız sahədir.

Biz Sizə xaricdə təhsil almaqla yeni imkanlar əldə edilmənizdə, öz yolunuzu seçməkdə  və arzularınızın həyata keçməsində kömək edəcəyik!

Xaricdə təhsil almağın üstünlükləri

Xarici ölkədə ali təhsil müəssisəsində oxumaq tələbələr üçün çoxlu sayda imkanlar açır: müxtəlif ölkələrin işəgötürənləri arasında yüksək qiymətləndirilən beynəlxalq miqyaslı diplom almaq,  bir neçə dil öyrənmək, uğurlu karyeranın qurulmasında yeni perspektivlər əldə etmək, müasir beynəlxalq bacarıq və metodikalara malik olmaq və s.  Şübhəsiz ki, Azərbaycanda da yaxşı təhsil almaq mümkündür, lakin Azərbaycan ali təhsil ocaqlarının cüzi sayda məzunu beynəlxalq aləmdə dəyərli ünsiyyət təcrübəsi ilə, praktik bacarıqların mövcudluğu, xarici dilləri yüksək səviyyədə bilməsi ilə öyünə bilər. Məhz bu beynəlxalq şirkətlərdə işəgötürənlər üçün əhəmiyyətli olan amillərdir. Göründüyü kimi, xarici ölkənin ali təhsil məktəbinin diplomu gələcək uğurlu karyeranın ciddi təməlidir.

Xarici ali təhsil məktəbinə necə daxil olmalı. Hazırlıq proqramları.

Xaricdə təhsil almaq arzusunda olan şəxslərə bəzən kifayət qədər ciddi olan müxtəlif tələblər irəli sürülür. Daxil olmaq üçün dil və akademik testləri (TOEFL, IELTS, SAT, GRE, GMAT və s.) vermək, sənədlərin müsabiqəsindən, bəzən isə müsahibədən  keçmək lazımdır. Bir qayda olaraq, ali təhsil məktəbləri 18 yaşından yuxarı tələbələri qəbul edirlər. Öz ölkəsində orta məktəbi bitirdikdən sonra universitetlərin özlərində, ali təhsil məktəbləri ilə tərəfdaşlıq razılaşması bağlamış xüsusi kolleclərin və irimiqyaslı dil məktəblərinin bazasında fəaliyyət göstərən xüsusi hazırlıq kursunu (Foundation) keçmək tələb olunur.  Nümunəvi hazırlıq proqramı özünə seçilmiş gələcək ixtisasla bağlı akademik fənlər üzrə məşğələləri, xarici dilin öyrənilməsini və tədris vərdişlərinə yiyələnməyi daxil edir. Universitetlərin qəbul komissiyaları öz işinə sentyabr ayından başlayır. Universitetlərin əksəriyyətində sənədləri iyun ayının ortalarından təqdim etmək mümkündür. Universitetlər hər il bütün dünyadan minlərlə ərizə alırlar, yerlər first come first served (ərizələrin daxil olması qaydasında) prinsipi üzrə bölüşdürülür. Universitet tərəfindən sənədlərə baxılmasına 4 həftəyədək, işin çox olduğu aylarda isə (fevral-aprel) 2-3 ay vaxt sərf edilir.

Tələbə vizasının alınması prosesi də uzun müddət tələb edir: bütün ölkələrin səfirlikləri tələbə vizası almaq üçün sənədlərə yüksək tələbkarlıq göstərir və qərarı 3-4 həftə ərzində qəbul edirlər. Buna görə də universitetə daxil olmaq üçün hazırlıq işlərini artıq demək olar ki, məşğələlərə başlamazdan bir il qabaq oktyabr-noyabr aylarında başlamaq lazımdır. Hər bir tələbə üçün ən xoşbəxt an universitetdən Offer Letter – qəbul olunduğu haqda bildiriş almaqdır.

Böyük Britaniyada ali təhsil

Bir çox Avropa ölkələrindən fərqli olaraq Böyük Britaniyada ali təhsilin pullu olmasına baxmayaraq, Birləşmiş Krallıq əcnəbi tələbələrin sayına görə birinci yerlərdən birini tutur. Britaniya universitetləri məzunlara əla təhsil verən və yaxşı iş yeri tapmaq imkanı yaradan ali təhsil ocaqları nüfuzuna malikdirlər.  Təhsil almaq üçün yerin seçimi zamanı Birləşmiş Krallıqda həyat rifahı da əhəmiyyətli rol oynayır: yüksək yaşayış səviyyəsi və aşağı səviyyəli cinayət əməlləri, Britaniya cəmiyyətinin başqa dinlərə qarşı tamamilə dözümlülüyü, Böyük Britaniya universitetlərinin yaxşı inkişaf etmiş infrastrukturu...

İngiltərə universitetlərinin reytinqi:
1. University of Oxford
2. University of Cambridge
3. Imperial College London
4. University of St Andrews
5. University College London
6. University of Warwick
7. London School of Economics
8. Durham University
9. University of Exeter
10.University of Bristol

ABŞ-da ali təhsil

ABŞ-da ali təhsil proqramlarının keçirildiyi iki mindən yuxarı kollec və universitet fəaliyyət göstərir. Tələblər orta məktəbi qurtardıqdan dərhal sonra ABŞ-ın ali məktəblərinə daxil ola bilərlər. Əsas tələblər məktəbdə yaxşı davamiyyətə malik olmaqdan və ingilis dilini mükəmməl səviyyədə bilməkdən ibarətdir. ABŞ-da bakalavr proqramlarının davamiyyət müddəti adətən 4 ildir.
Lakin, Harvard və ya Yale kimi ABŞ-ın aparıcı universitetləri yüksək müsabiqə və ciddi seçim meyarları ilə bağlı 11-ci sinfi bitirən tələbələri qəbul etmir...

ABŞ universitetlərinin reytinqi: 
1. Harvard University
2. Princeton University
3. Yale University
4. Massachusetts Institute of Technology
5. Stanford University
6. California Institute of Technology
7. University of Pennsylvania
8. Columbia University
9. Duke University
10. University of Chicago

Almaniyada ali təhsil

Almaniyada ali təhsil bir çox səbəblərə görə cəlbedicidir – yüksək tədris səviyyəsi, universitetlərin qədim ənənələri, beynəlxalq nüfuz.  Almaniyanın ali təhsil sisteminə təxminən 350 təhsil müəssisəsi daxildir – bunlar universitetlər, texniki universitetlər, institutlar, kolleclər və ali məktəblərdir.  Almaniyadakı əksər təhsil müəssisələri dövlət müəssisələridir və orada tədris alman dilində aparılır, lakin bəzi universitetlər mövcuddur ki, təhsil həm də ingilis dilində təklif edilir...

Almaniya universitetlərinin reytinqi: 
1. Münhen texniki universiteti 
2. Münhendəki Lyüdviq-Maksimilian adına universitet
3. Heydelberq universiteti 
4. Hettingen universiteti 
5. Bonn universiteti 
6. Frankfurt universiteti 
7. Frayburq universiteti 
8. Mayns universiteti
9. Myünstern universiteti 
10. Tyübinqen universiteti

Dövlət proqramları

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil almaq məqsədilə müsabiqə barədə elan:

Azərbaycan Respublikası Təhsil Nazirliyi 2011-2012-ci tədris ilində Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq məqsədilə xarici ölkələrin ali məktəblərinə aşağıdakı ixtisaslar üzrə qəbul olunanların sənəd qəbulunu elan edir:

 

 

 

 

Comments:

Facebook