Böyük Britaniya

Böyük Britaniyada ali təhsil

Heç kəsə sirr deyil ki, Britaniya təhsili bütün dünyada tanınır və hörmətlə qarşılanır. Elə bu səbəbdən də hər il Birləşmiş Krallıq yüz minlərlə xarici tələbə qəbul edir.

Britaniya universitetləri, kollec və məktəbləri sizə öz potensialınızı inkişaf etdirmək üçün modern, yaradıcı və inkişafa aparan akademik şərait təklif edir. Britaniyada aldığınız dərəcə gələcəyinizi qurmaq, iş səviyyənizi yüksəltmək və imkanlarınızı yaxşılaşdırmaq üçün möhkəm bünövrə olacaq. Həmçinin Britaniya universitetlərinin diplomu ilə siz dünyanın hər yerində hörmətlə qarşılanıb, yüksək əmək haqqı ilə təmin edilmiş iş imkanları əldə edəcəksiniz.

Haqlı olaraq bu gün Böyük Britaniya Universitetləri Azərbaycanlı gənclərinin ən çox oxumaq istədiyi tədris ocaqlarıdır. Bu gün dünyanı özünə heyran etmiş bu universitetlər Amerika Birləşmiş Ştatları ilə bərabər Britaniya Universitetləri dünya reytinqinin ilk otuzluğunu qoruyub saxlaya bilmişdilər. Bu o deməkdir ki, dünyanın aparıcı tələbələri bu ölkələrin tələbələridir.

Təhsil sisteminə uyğun olaraq Böyük Britaniya Universitetlərində dərslər ildə bir dəfə sentyabr və ya oktyabr ayında başlayır. Və qəbul üçün son tarix normal olaraq yanvar ayında bitir. Buna baxmayaraq boş qalmış yerlərə beynəlxalq tələbələr müraciət edə bilər. Sentyabr və noyabr ayında müraciət edən tələbələr daha yaxşı yerlərə qəbul olmaq şansı əldə edirlər. Bu məqsədlə oktyabr ayından başlayaraq universitetlərə əlaqə saxlayıb lazımı sənədlərin təqdim edilməsi sizin qəbul olmaq şansınızı birə-beş artırmış olacaq.

Əlbətdə İngiltərə zəngin tarixə, mədəniyyətə və kontrasta malik bir ölkədir. Siz burada heyranedici təbii gözəlliklə və dünyanın ən gözəl şəhərləri ilə tanış olacaqsınız. Bura incəsənət və idmanın çiçəkləndiyi və imkanların üstünlük təşkil etdiyi bir yerdir. Britaniyalılar yeni mədəniyyətləri öyrənməyə can atır və öz mədəniyyətlərini sizinlə bölüşməkdən zövq alırlar. Harada qalmağınızdan asılı olmayaraq, təhsil aldığınız il ərzində bu böyük ölkənin həyat tərzi ilə dərindən maraqlanmaq sizə ilk gündən Böyük Britaniyanın müxtəlifliklərini, həyəcan və rəngarəngliklə dolu mühitini öyrənməyə imkan verəcək. Həmçinin təhsil aldığınız dövrdə siz müxtəlif ölkələri təmsil edən öz yaşıdlarınızla birgə yaşamaq və mədəni mübadilə imkanları əldə edəcəksiniz.

Öz təhsil ənənələr ilə seçilən Böyük Britaniyada ali təhsilin bünövrəsi hələ  XII əsr, Oksford və Kembric universitetlərinin yaradılması ilə qoyulub. XIX əsrin əvvəllərinə qədər bu universitetlərdən başqa İngiltərədə universitet yox idi.
Zaman dəyişdikcə və XIX əsrdə bütün İngiltərəni əhatə etmiş sənaye inqilabı ölkəni təcrübəli idarəedicilər və başçılar yetişdirmək məcburiyyətində qoydu. Bu səbəbdən bir çox sənaye mərkəzlərində yeni universitetlər yarandı. 1836-cı ildə London universiteti, 1851-ci ildə Mançester, 1900-cu ildə Birminhem, 1903-cü ildə Liverpul, 1909-cu ildə Bristol, 1926-cı ildə Redinq universitetləri, İkinci Dünya müharibəsindən sonra isə Nottinhemdə (1948) universitetlər açıldı.
Ən son texniki göstəriciləri özündə əks etdirən bu universitetlərin binaları müasir olduqlarından yaxın vaxtlaradək, onları “yenilər” və ya “şüşəlilər” adlandırırdılar. 1992-ci ildə univertizasiyanın yeni dalğası 33 politexnikumun universitetlərdə dəyişilməsinin başladığı dövrə təsadüf edir.

Əslində İngilis köhnə universitetlərlə yenilər arasındakı fərq demək olar ki, get-gedə yox olmağa başlayır. Lakin yenə fərqlər mövcuddur. Yenilər sənaye və ticarətlə bağlı olub, öz təhsil proqramlarını sahibkarların tələblərinə uyğun olaraq qururlar. Köhnələr isə bunu yerli və milli iqtisadiyyatla əlaqələri nizamlayaraq həyata keçirmək istəyirlər. Bununla yanaşı, nəzəri fənlərə də yer verilir – fəlsəfə, ədəbiyyat, tarix, təbiət elmləri və s. Köhnə universitetlər xarici tələbələri hər zaman özlərinə cəlb etməyə çalışırlar.
 
Britaniyada mövcud olan elmi dərəcə bölgüləri 
 
İngiltərədə elmi dərəcələr müvafiq təhsil kursu müvəffəqiyyətlə bitirən tələbələrə verilir. Müxtəlif universitetlərin verdikləri dərəcələr formal olaraq bir-birlərindən fərqlənmirlər. Lakin təcrübədə  onların “sanbalı” universitetin adından asılıdır.
Belə ki, İngiltərə və Uelsin universitetlərində birinci elmi dərəcələr aşağıdakı kimidir:
BA – humanitar elmlər üzrə bakalavr
BSc – texniki elmlər üzrə bakalavr
LLB – hüquq üzrə bakalavr
BEd – pedaqoji elmlər üzrə bakalavr
Bmus – musiqi üzrə bakalavr
BM – tibb üzrə bakalavr
MA – humanitar elmlər üzrə magistr
MSc – texniki elmlər üzrə magistr
LLM – hüquq üzrə magistr
MBA – iş administrasiyası üzrə magistr

İngiltərədə Ali Təhsilin müddəti

 

Yerli təhsil qanunvericiliyinə uyğun olaraq Britaniyada universitetlərə tələbələr 18 yaşından başlayaraq qəbul olunur. Bakalavr pilləsi 3-4 il davam edir. Lakin elə sahələr var ki, onların öyrənilməsi üçün iş təcrübəsi də lazımdır. Bu sahələrin təhsil müddəti o birilərindən uzundur. Məsələn, dizaynerlər əvvəlcə hazırlıq kursu keçməli,  sonra əsas üçilliyi bitirməlidirlər. Tibbin stomatologiya sahəsinə və ya memarlığa yiyələnmək üçün 7 il təhsil almaq lazımdır. Magistr dərəcəsini almaq üçün isə 1 il vaxt tələb olunur.
Qəbul üçün tələblər
İngiltərə universitetlərinə qəbul üçün A-levels adlı Britaniya imtahanlarını vermək və ya Avropa proqramı üzrə İnternational Baccalaureate təhsilini bitirmək lazımdır. Xarici tələbələr üçün Foundation proqramı mövcuddur. Foundation-ın müxtəlif – biznes və iqtisadiyyatla, dizaynla, hüquqla, humanitar və texniki peşələrlə, kompüter texnologiyaları və farmakologiya ilə bağlı İngiltərənin müvafiq fakültələri üzrə tələbələr hazırlayan kursları fəaliyyət göstərir. Bu kurslar 9 ay davam edir.
İngiltərə universitetlərinə qəbul olmaq üçün dil bilmə dərəcəsi belə olmalıdır:
Foundation International English Language Testing System (İELTS)     5.5 – 6.5
Bakalavr  6.0 – 6.5
Magistratura və MBA 6.5 – 7.0
(Qeyd: International English Language Testing System – bu test imtahanı doğma dilləri ingilis dili olmayanlar, ingilisdilli ölkələrdə yaşamaq, təhsil almaq istəyənlər üçün ingilis dilini  qavrama səviyyəsini müəyyən edən imtahandır.)
Foundation-a qəbul üçün aşağıdakı sənədlər lazımdır:
- Attestatın sürəti və ya orta məktəbdən hazırkı qiymətlər barədə arayış
- Məktəb direktorundan tövsiyə
- İngilis dili müəllimindən tövsiyə
- İELTS testlərinin nəticələri
Magistraturaya və MBA-ya qəbul üçün tələb olunan sənədlər
- Diplom (Ali təhsil)
- Diploma əlavə
- Universitetdən iki tövsiyə, MBA üçün isə peşəkarların tövsiyələri
- Xülasə

- İELTS-in nəticələri

Böyük Britaniyada Orta məktəb təhsili 

 

İngiltərədə müasir təhsil sistemi bütövlükdə 4 pillədən ibarətdir:

  1. İlkin pillə
  2. Orta pillə
  3. Sonrakı və ya məktəbdən sonrakı təhsil pilləsi
  4. və sonuncu Ali təhsil pilləsi

İngilis məktəblərinin məzunları buraxılış imtahanları verib orta təhsil haqqında sertifikat GCSE alır. Yerli qaydalara əsasən bu sertifikat Britaniyada müstəqil fəaliyyət üçün bəs edir, lakin ali müəssisələrə daxil olmağa imkan vermir. Beynəlxalq kolleclər-orta təhsil məktəbləridir. Onlar 14 yaşından 18 yaşına qədər olan xarici tələbələr qəbul edir. Yaşayış yeri yataqxanada olduğu kimi, ailədə də mümkündür və tələbənin razılığı ilə təmin edilir.
Özəl məktəblər ingilis uşaqları üçün (85%) və xarici tələbələr üçün (8-dən 18-ə qədər) prestij sayılır. Yaşayış yeri rezidensiya və ya ailələrdir.

GCSE- nədir?

GCSE (General Certificate of Secondary Education) Böyük Britaniyanın orta məktəbi bitirmək haqqında dövlət imtahanıdır. GCSE –nən bağlı olaraq Britaniyanın orta məktəbində təhsil alacaq tələbələr humanitar və təbii elmlər üzrə geniş çeşidli akademik kurslarda hazirliq keçirlər. Siz burada geniş fakültativ məşğələlərdən zövq alacaq və Britaniyalı yeniyetmələrlə dostluq əldə edə biləcəksiniz.
 
İngiltərə Orta məktəblərinə qəbul şərtləri:
 
  •           Yaş  həddi  14-18  yaş  arası
  •           Akademik  nəticələr
  •           İngilis dilinin səviyyəsi yaxşı olmalıdır

 Ərizələrin qəbulu üçün ən gec müraciət tarixləri
Sentyabr ayı üçün – 1 aprel
Yanvar ayı üçün – 1 oktyabr

A-Level təhsil sistemi

Britaniya təhsil qanunvericiliyinə görə beynəlxalq kolleclər A-Level kursuna 14 yaşından 18 yaşına qədər olan xarici tələbələr qəbul edir. Yaşayış yeri yataqxanada olduğu kimi, ailələrdə də mümkündür və tələbələrin öz seçimi əsasında həyata keçirilir.

Əslində A-Level Böyük Britaniyanın orta məktəbdən sonra olan və ən yaxşı (TOP) Universitetlərə qəbul olmaq imkanını verən təhsil səviyyəsidir.  A-Level kursunu 1 ilə (extra) və yaxud 2 ilə bitirə bilərsiniz. Əgər orta məktəbi bitirmişsiniz bu proqram sizin üçün daha faydalıdır. Həmçinin Britaniyanın orta məktəbində təhsil alacaq tələbələr humanitar və təbii elmlər üzrə geniş çeşidli akademik kurslardan hazırlıq alacaqlar. Siz burada geniş fakültativ məşğələlərdən zövq alacaqsınız və Britaniyalı yeniyetmələrlə dostluq əldə edə biləcəksiniz.
  
Qəbul şərtləri aşağıdakı kimi olmalıdır:   

  1.         Yaş  həddi  14-18  yaş  arası
  2.         Akademik  nəticələr
  3.         İngilis dilinin səviyyəsi (İELTS) və ya başqa İngilis dili sertifikatları

A-level proqramına ərizə vermək üçün son müddətlər aşağıdakılardır.

Sentyabr ayı üçün – 1 aprel

Yanvar ayı üçün – 1 oktyabr

University Foundation nədir?

Böyük Britaniyada təhsil Azərbaycandan fərqli olaraq 12 il davam edir. Belə olduğu təqdirdə Azərbaycanın orta təhsil müəssisələrini bitirmiş şagirdlər Britaniyada ali təhsil almaq istədikləri zaman onlar Britaniya qanunvericiliyinə əsasən Foundation kurslarda təhsil almağa məcbur olurlar. Bu 18 yaşı tamam olmamış bütün xarici vətəndaşlara məcburi olduğu halda, bu yaşdan yuxarı insanlara istisnalı şəkildə ixtisasdan və Universitet növündən asılı olaraq tətbiq edilə bilər. Əslində bu kursla siz geniş şans əldə edirsiniz. Əslində bu gələcəkdə İngiltərədə davamlı və uğurlu təhsil almaq baxımından tələbələr üçün çox əhəmiyyətli və zəruri addımdır. Adətən belə təhsil kursları 1 il davam edir və sizin gələcək universitet seçiminiz nəzərə alınaraq xüsusi intensiv ixtisas kursları üzrə İngilis dilinizin akademik inkişafına yardımçı olur.
Universitetlərdən asılı olaraq bəzən tələbələrə universitetlərin öz Fondation kurslarında oxumaq təklif olunur ki, sonda oranı uğurla bitirən məzunlar avtomatik bu və ya digər universitetin bakalavr pilləsinə daxil olmuş hesab edilirlər.

İngiltərə Universitetlərinin Bakalavr pilləsinə qəbul

 

İngiltərə universitetlərində bakalavr pilləsi 3 il davam edir və bu 3 illik proqrama qəbul olmaq üçün gənclərimiz aşağıdakı meyarlara malik olmalıdırlar.

  • Orta Təhsil Haqqında Attestat
  • Azərbaycanda bir il universitet təhsili  və ya
  • *BB-də bir il universitetə hazırlıq (Foundation)
  • İngilis dilindən imtahan (IELTS 6.5 və ya TOEFL IBT 92)
  • Akademik və İşdən Zəmanət məktubu
  • Şəxsi məqsəd və ya bacarıq (1 səh.)
  • Profesional Tərcümeyi-hal (Prof. CV)
  • Xarici Pasportun nüsxəsi
  • Profesional iş təcrübəsi (əgər varsa)
  • Əlavə keyfiyyətlər (əgər varsa)
*Böyük Britaniyada orta təhsil 12 illik olduğu üçün 11 sistemli məktəbi bitirən Azərbaycanlı tələbələr mütləq bir il ya Azərbaycanda tanınmış universitet oxumalı və ya Böyük Britaniyada ixtisasın baza təhsili üzrə (hazırlıq) keçməli.
 
İngiltərə Universitetlərinin Magistr pilləsinə qəbul
 
  • Bakalavr Diplomu və Transkript
  • İngilis dilindən imtahan (IELTS 6.5 və ya TOEFL 92)
  • Akademik və İşdən Zəmanət məktubu
  • Şəxsi məqsəd və ya bacarıq (1 səh.)
  • Tərcümeyi-hal (Prof. CV)
  • Xarici Pasportun nüsxəsi
  • Profesional iş təcrübəsi (əgər varsa)
  • Əlavə keyfiyyətlər (əgər varsa)

*Müəyyən magistr pillələri (MBA və ya Postgraduate Research) sizdən əlaqədar iş təcrübəsi və ya xüsusi iş bacarığı istəyə bilərlər. Eyni zamanda əlavə test də ol bilər. Bu tələb universitetdən universitetə fərqlənir və bəzən onların əvəzlənməsi üçün xüsusi keyfiyyətləriniz rol oynaya bilər.

Britaniya Universitetlərində təhsilin maliyyələşdirilməsi

Azərbaycanlılar Böyük Britaniyadaüç əsas yolla təhsil imkanı əldə edə bilərlər. BB-də təhsil və yaşayış xərcləri çox yüksək olduğundan tələbələrin çoxu bunu özləri təmin edə bilmir. Bu zaman ilk addım kimi Xaricdə Təhsil dövlət proqramına müraciət etməklə qəbul olduğunuz  universitetin həm təhsil həm də yaşayış, səfər, viza, sığorta və sair xərclərini tam təmin edəcəyi təqaüddən yararlana bilərsiniz. Digər və çox populyar olan təhsil xərclərindən azad olma yolu bu və ya digər ixtisaslar üzrə elan edilən beynəlxalq təqaüd proqramlarına müraciət imkanının olmasıdır. Amma bunun üçün müvafiq namizədlər bir çox xüsusiyyətlərə cavab verməli olmalıdırlar. Həmçinin belə təqaüdlər üzrə müsabiqə adətən çox gərgin keçir və yalnız ən güclü namizədlər sonda müvəffəqiyyət qazanır.

Sonuncu və ən geniş yayılmış təhsil maliyyələşdirilməsi yolu isə hamımıza tanış olan özünü maliyyələşdirmə yolu ilə təhsil almaqdır. Bu zaman namizəd universitetlərdən qəbul olunmaları haqqında rəsmi məktubu aldıqdan sonra müvafiq tarixə qədər ilkin depozit məbləği universitetin bank hesabına köçürüb, həmçinin öz bank hesabında təhsil ili üçün nəzərdə tutulan təxmini gözlənilən xərclərə bərabər pul məbləğinin olmasını təsdiq etməlidir.

 

Comments:

Facebook