ABŞ

ABŞ təhsil

ABŞ təhsil sistemi haqqında çox şey danışmaq olar və ona görə də çalışıb qısa və anlaqlı məlumat verməyə səy göstərəcəyik. Beləliklə ilk əvvəl deyək ki, ABŞ-ın təhsil sistemi həm federal və ştat, həm də yerli hakimiyyət orqanları tərəfindən idarə edilərək bütün dünyadan tələbə və aspirantları özünə cəlb edir.

Tarixi səbəblərə görə (Konstitusiyada təhsildən bəhs edilmir, buna görə də təhsilin ştatlar tərəfindən idarə edilməsi nəzərdə tutulur) ABŞ-da təhsil məktəbləri üçün ciddi federal standartlar qoyulmayıb. Ali təhsil müəssisələrinin qeydiyyatı ilə ştatları idarə edən xüsusi təşkilatlar məşğul olur. Hər ştatın qeydiyyat olunmamış “universitetlər”lə mübarizəsində öz qanunları var. Akkreditə olunmamışlar diplomu ödəmə haqqına görə verir, bu da nəzərə çarpan problemlər yaradır.

High school (9-11 ci siniflər)

Yuxarı sinif (high school) – ABŞ-da orta məktəbin axırıncı mərhələsi, doqquzuncu sinifdən on birinci sinfə kimi davam edir. Yuxarı siniflərdə şagirdlər əvvəlkinə nisbətən daha asanlıqla öz sinif seçimlərini edə bilir, diplomu almaq üçün məktəb şurasını təyin edən yalnız minimal tələbləri yerinə yetirməlidirlər.

Tələblər belədir:

3 il təbiət elmləri (kimya, biologiya, fizika)
3 il riyaziyyat, cəbr 4 il ədəbiyyat
2-4 il sosial elmlər, ABŞ-ın tarixi və dövlət quruculuğu ilə bağlı elmlər
1-2 il idman

Ali məktəblərə qəbul üçün daha böyük proqram nəzərdə tutulur, buraya 2-4 il xarici dillər də əlavə olunur.

Qalan sinifləri isə şagirdlər özləri seçirlər. Belə siniflərin seçimi kəmiyyətə və keyfiyyətə görədir, məktəbin maliyyə imkanlarından və məktəblilərin öz seçimlərindən asılıdır.

Bu siniflərə qəbul belədir:

Əlavə elmlər (statistika, informatika)

Xarici dillər (daha çox ispan , fransız və alman dili; az hallarda yapon, çin, latın və yunan dili)
Təsviri incəsənət (rəssamlıq, heykəltəraşlıq, fotoqrafiya, kinematoqrafiya)
İncəsənət (teatr, orkestr, rəqs)
Nəşriyyat işi (jurnalistika, redaktorluq)
Əmək (ağacın təmizlənməsi, avtomobil təmiri)
Bəzi hallarda isə şagird ümumiyyətlə heç bir məktəbi seçmir.

Axırıncı iki il ərzində, yuxarı sinifdə, irəlidəki sinfin yeni tipi yaradılır. Şagirdlər onları Advanced Placement və ya Beynəlxalq bakkalaureat imtahanlarına hazırlayan sinifləri seçə bilərlər.

Məktəblərdə olduğu kimi ali məktəblərdə də tələbələr A/B/C/D/F – lə qiymətləndirilirlər. A – əla, F – qeyri-kafi, D isə bəzən kafi, bəzi hallarda isə qeyri-kafi ola bilir. F-dən başqa bütün qiymətlərə + və ya – əlavə edilə bilər. Bəzi məktəblərdə A+ və ya D- qiymətləri işlənmir. Bu qiymətlərdən orta qiymət çıxarılır (grade point average, GPA). Burada A – 4, B – 3 və s. bu cür ardıcıllıqla davam edir. İrəlidəki siniflər üçün verilən qiymətlərin üstünə isə çox vaxt xal əlavə edilir, A – 5 sayılır, bir sözlə qiymətlər artırılır.

Amerikada orta təhsilin bəzi problemlərinə baxmayaraq, ali təhsil dünyada ən yaxşı təhsil hesab olunur. Orada üç mindən çox müxtəlif ali təhsil məktəbləri var. 2010-cu ildə həmin təhsil müəssisələrində 17,5 milyon tələbə təhsil alırdı, onlardan 515 min nəfəri xarici tələbələr idi. Bu tələbələrin 60%-i Asiyadan gələnlər idi. Buna baxmayaraq, həm dövlət, həm də özəl universitetlərdə təhsil haqqı ilbəil artır. Harvard da ştat universitetlərində illik ödəniş 5 min dollardan 40 min dollaradək dəyişir. Hətta yoxsul tələbələrə yüksək təqaüd a verilsə də onların ödədiyi təhsil haqqı ailə büdcələrinə böyük ziyan vurur.

Ali məktəblərin növləri

Yerli kolleclər yerləşdikləri ərazidəki sakinlərə təhsil alma imkanı verməlidirlər. Lakin Amerika dördillik ali təhsil məktəblərinə qəbul uzun və çətin prosesdir. Qəbul ərizəsində sənəd verən şəxs  məktəbdə və standart imtahanlarda aldığı qiymətlərlə yanaşı, öz maraqları, məktəbdənkənar sahələrdə əldə etdiyi uğurlar və mükafatlar barədə məlumat verməli, həmçinin ona verilmiş mövzulara görə inşalar da  yazmalıdır. Bundan başqa şagird müəllimlərindən özü haqda tövsiyələr verməli, bəzi ali təhsil müəssisələrində məzunlardan – könüllülərdən müsahibə də götürməlidir.

Müxtəlif məktəblərdə standartlar müxtəlifdir. Qiymətlər şagirdin hazırlığı barədə az  məlumat verir. Məktəblilər, adətən SAT və AST adlanan iki imtahandan birini verməlidirlər. Bəzi hallarda isə SAT II imtahanlarından müəyyən fənlər üzrə biliyi yoxlayan bir və ya bir neçə imtahan verilir.

Bir çox universitetlər məktəblinin qiymətlərinə və imtahan nəticələrinə baxmayaraq onların bilik səviyyəsini yoxlayırlar. Kiçik ali məktəblər abituriyentlərin məktəbdənkənar nailiyyətlərinə – idman, incəsənət, ictimai işlərdə olan uğurlarına nəzər yetirirlər və belə işlərdə xüsusi seçilən tələbələri qəbul edirlər ki, ali məktəb həyatına da rəngarənglik gətirə bilsin. Təkcə əldə etdiyi uğurun böyüklüyü yox, həm də bu uğuru hansı sahədə qazanmasına da diqqət yetirilir. Məsələn, əgər idmanın atletika növü ilə məşğuldursa, bu idman növündə idmançı çatışmamağı olduğuna görə və ya faqot kimi (nəfəslə çalınan musiqi aləti) lazımlı alətdə ifa edirsə, həmin abituriyenti digər göstəriciləri aşağı olsa belə götürürlər.

Müəllim tövsiyələri çox vacibdir, çünki onlar şagirdin istedadından, bacarıqlarından və başqa keyfiyyətlərindən xəbər verir. Yazdıqları inşalar ən bacarıqlı və orijinal düşüncəli şagirdlərin, müsahibələr isə şagirdin xasiyyəti ilə universitetin tələblərinin üst-üstə düşməsini  yoxlamaq üçün kömək edən amillərdir. Buna görə də ərizədəki hər bir element imtahan verən haqda məlumat verməkdə böyük rol oynayır. Bu meyarların nə dərəcədə əhəmiyyət kəsb etməsi universitetin böyüklüyündən asılıdır. Prosesin qabaqcadan nə nəticə verəcəyini heç kəs bilmədiyinə görə, çox vaxt abituriyentlər 10-a yaxın ali məktəbə sənəd verirlər. Və həmin yerlər arasında dəqiq qəbul olunacaqları yerə ehtimalı daha çox olan  ali məktəbi mütləq qeyd edirlər. Kağızların sayını azaltmaq üçün bir çox universitetlər Standart ərizə (Common Application) adlanan sənəd qəbul edirlər.
 
Təhsilin əsas xüsusiyyətləri
  • Böyük universitetlərdə məktəbli, adətən, hər hansı bir fakültəyə sənəd verir, amma çox vaxt ümumiyyətlə universitetin özünə sənəd verilir. Hatda bəzi hallarda fakültədən  fakültəyə  keçmək və  “qərara almamış” statusunu  da almaq olar. Amma bu zaman bəzi  fakültələrə girmək imkanı  demək olar ki bağlanır.

  • Hər dinlənilən kursa görə tələbənin həftə ərzində kurs üzərində işlədiyi vaxta uyğun olaraq müəyyən miqdarda kredit, xal verilir.
    Tələbə nə qədər universitetin və seçdiyi ixtisasların tələblərinə uyğun işləsə, o qədər onun sinifləri sərbəst seçmək imkanı olar. Tələblər konkret (“vektor analizi”) və ya ümumi (“humanitar elmlərin doqquz krediti”) ola bilər və diplom alana qədər istənilən vaxt yerinə yetirilə bilər.

  • Amerika universitetlərində qiymətlər semestrlərə və rüblərə görə çıxarıla bilər. Onlar əsasən semestrlər, rüblərarası  (midterms) və ilin sonunda (finals) verilən imtahanlardan asılıdır. Həmçinin ev tapşırıqları, layihələr, prezentasiyalar, referatlar və s. də hesaba alına bilər.

  • Amerikada Ali təhsil pillələri

  • Amerika təhsili öz yüksək keyfiyyətinə, ciddi proqramlarına, müvafiq imkanlarına görə dünyada məşhurdur.
    Amerikada ali təhsil 4-il  bakalavr dərəcəsi və 2-il  magistr dərəcəsindən ibarətdir.

  • Birinci il - Freşmen adlandırılır. Bu ildə maraqlandığınız fənlər  üzrə fakültə proqramları seçməyə kömək edəcək və Sizin istəyinizə uyğun kursları keçəcəksiniz. Məsələn, əgər siz biznes ixtisası üzrə təhsil almaq istəyirsinizsə,  birinci kurs tələbəsi kimi iqtisadiyyatı seçə bilərsiniz.

  • İkinci kursda və ya Sofomor kursunda siz dərs planını yerinə yetirmiş olacaq və sonrakı sinifdə bir sıra fənlər üzrə təkmilləşə biləcəksiniz. Belə tələbələr ixtisas kimi seçdiyi fənn üzrə ilkin şərtlər daxil olan siniflərdə təhsil ala bilərlər. Belə ki, 3-cü kursa keçənədək sizdən ixtisas fənləri üzrə formalaşmaq tələb olunmayacaq.

  • 3-cü kurs Cuniyor adlandırılır. Bu ildə siz ixtisasınız üzrə təkmiləşdirilmiş kurs işlərinə başlayacaq və 4-cükurs Sineor adlandırılır, yəni sonuncu kursda isə siz son imtahanlarınızı verəcək və Bakalavr pilləsini tamamlayacaqsınız.

  •  Ürəyiniz istədiyi Universitetdə təhsil alın!

    • Seçilmiş kollec və universitetlər

Seçim üçün Amerikada 4 000 Universitet və 1000 çox Kolleclər var. Həmçinin burada tədrisin keyfiyyəti də yüksəkdir. Bəzən seçim və nəticə arasında uyğunsuzluq yaranar və səhv bir seçim sizə baha başa gələ bilər. Bu baxımdan A-Level Treninq Mərkəzi yüksək akademik diplomu olan, təhlükəsiz,  mühafizə olunan ətraf mühitə malik müəssisələri ilə əməkdaşlıq etməklə məsələnin həllini daha da asanlaşdırmışdır.

 

Comments:

Facebook