Almaniya

Almaniyada təhsil

Alman ali təhsil müəssisələri öz keyfiyyət və qiyməti baxımından Avropada və həmçinin təhsil sahəsindəki yeniliklər baxımından həmişə çox cəlbedici olmuşdur. Görünür məhz elə bu səbəbdəndir ki, bu gün Almaniyanın ali məktəblərində 1,98 milyon tələbə təhsil alır. Bu kifayət qədər böyük rəqəmdir və onların demək olar ki, yarısı, 48 faiz qadınların payına düşür.

Hazırda Almaniyada 376 ali məktəb ali təhsil təklif edir və bunlardan 102-si universitet, 170-i ali peşə məktəbi və 69-u özəl ali məktəblər olmaqla ən müasir tələblərə cavab verir. Onu da qeyd etmək, lazımdır ki, ötən illərdə xarici tələbələrin sayı hiss olunacaq dərəcədə artmışdır. Əslində bu təhsilin keyfiyyəti və ucuzluğu ilə də izah edilə bilər. Həmçinin buna Avropanın yalnız çox az dövlətlərinin Almaniya kimi çoxtərəfli təhsil imkanları təklif etməsi ilə də sıx bağlamaq olar. Belə ki, 160-dan çox şəhərdə 376 ali məktəb gənclərə ali təhsil verir.

Elmi cəhətdən güclü olan məktəblər yalnız Berlin və Hambuq kimi böyük şəhərlərdə deyil, Haydelberq kimi balaca şəhərlərdəki təhsil məktəbləri də bütün dünyada tanınır.

Alman Ali məktəbinin növləri

Məlumat üçün bildirək ki, Alman ali məktəb təhsil sistemi çoxtərəflidir və müxtəlif ali məktəb növlərindən ibarətdir. Misal üçün ali peşə məktəbi, texniki ali məktəb, universitet, peşə akademiyası və sair. Bu ola bilər ki, ilk baxışda insanı çaşdırır, ancaq həm də o deməkdir ki, müxtəliflik ən yaxşı təhsil seçiminə imkan yaradır.

Təcrübəyə daha çox üstünlük verənlər peşə ali məktəbi, nəzəriyyəyə əsaslanan tədqiqata üstünlük verənlər isə universiteti seçirlər.

 

 

Comments:

Facebook