Fransa

Fransada təhsil

Heç kəsə sirr deyil ki, ən uğurlu Fransız dilini öyrənmə yolu həmin dilin vətəni olan elə Fransanın özündə bu dili öz dilin kimi yaxşı bilmək üçün ən yaxşı vasitədir. Başqa sözlə desək bu dilin daşıyıcıları ilə ünsiyyətdə olmaq, gündəlik baş verən hadisələr, dili qavraya bilməyin,( yəni eşitmə qabiliyyəti) vacibliyi ən qısa zamanda sizə fransız dilini öyrənməyə imkan yaradacaq. Məlumat üçün deyək ki, Fransanın müasir təhsil sistemi daha çox son 200 ildə təşəkkül tapmış və dünyada ən qabaqcıl təhsil sistemlərindən birinə çevrilmişdir. Fransa təhsilinin ən başlıca özəlliklərindən biri bu ölkədə dövlətin təhsil müəssisələrinə sahib olmasıdır. Başqa sözlə desək Fransada təhsil almaq xaricilərdə daxil olmaqla, hamı üçün pulsuzdur.(Amma onu da qeyd etmək lazımdır kı, universitetlərdə tələbələrdən nominal ödəmə alınır). Daha bir xüsusiyyəti isə təhsilin əyalətlərdə də paytaxtda olduğu kimi keyfiyyətli olmasıdır.

Statistik göstəricilərə əsasən söyləmək olarkı, Fransada 7 min kollec və 2600 lisey var. Fransa hökuməti təhsilə böyük önəm verməklə hər il dövlət büdcəsindən bu məqsədlə 21 faizə qədər maliyyə vəsaiti ayırır.

Onu da qeyd etmək yerinə düşər ki, Fransadakı təhsil sistemi çox aydın ifadə edilən milli xüsusiyyətlərə malikdir. Bu daha çox bu ölkədə  silklərə bölünmə, diplom və təhsil alma dərəcələrinin xüsusi sistemləri ilə özünü büruzə verir. Dövlət təhsil müəssisələrində verilən diplomlara qarşı xüsusi yanaşma olur: belə ki, onlar digər özəl məktəb və universitetlərə nisbətən daha yüksək qiymətləndirilir.

Sözsüz Fransız dilinin xarici dil kimi tədris olunması üçün ixtisaslaşmış məktəb və kurslar Fransada çoxdur. Danışıq təcrübəsini təkmilləşdirmək üçün ölkənin demək olar ki, bütün iri şəhərlərində qısamüddətli kurslar tapmaq olar.
Dərsləri Fransızlar keçirlər. Təlimə kommunikativ (əlaqə, ünsiyyət) üsul salınmışdır. Əsasən, dərslər formalaşmağa söykənir, danışıq dilində təcrübənin mükəmməlləşdirilməsi və inkişafına, əsas diqqət isə qrammatika və tələffüzə sərf edilir. Uşaqlar üçün uyğunlaşdırılan xüsusi işlənmiş proqramlar vardır. Qəbuletmə zamanı tələbələr bilik səviyyələrinin təyin olunması üçün testlərdən keçirlər.

Dilin öyrənilməsi adətən, fransız mədəniyyəti və adət – ənənələrinin bir sıra elementləri ilə əlaqələndirilir. Dərslərin xaricində, məktəblər  Fransanın tarixinə, adətlərinə və müasir dövrünə həsr edilmiş mövzular üzərində müzakirələr və müxtəlif ekskursiyalar təşkil edirlər. Bir qayda olaraq, hər bir təhsil müəssisəsində sərbəst iş üçün xüsusi mərkəz , kitabxana, internetə qoşulan kompüterlər, audio və video kurslarla işləmək üçün avadanlıqlar vardır.

Fransada kollec təhsili

Fransada kolleclər orta ixtisas təhsili sahəsi hesab edilir və bir o qədərdə nüfuzlu hesab edilmir. Görünür elə bu səbəbdən də burada kollecləri 2-ci dərəcəli orta məktəblər adlandırırlar. Burada siz 2-3 il təhsil müddətində hanasısa bir iş peşəsi almaq üçün təhsil ala bilərsiniz. Adətən bir qayda olaraq, təhsil alanlar buraxılış imtahanından sonra sənaye və yaxud müxtəlif xidmət sahələrinə işləməyə gedirlər. Əslində Fransada orta və yüksək təhsil arasında  elə bir ciddi sərhəd yoxdur və birinci ikinci üçün pilləkən rolunu daşıyır.

Fransada universitetlər

Hal-hazırda Fransanın ali təhsil sistemi bu gün öz yüksəlmə dövrünü yaşayır desək yəqin heç yanılmarıq. Belə ki, Fransada təhsil sürətli dinamika ilə inkişaf edir. Universitet təhsili 3 hissəyə ayrılır və tələbələr hər birini bitirdikdə müvafiq diplom alırlar.

Birinci hissə iki il üçün hesablanıb və ümumi (DEUG) və ya elmi-texniki (DEUST) universitet təhsili diplomunu almaq üçün imtahanla tamamlanır. Əslində çoxları məhz bu pillədə dayanırlar, çünki, belə sənəd yaxşı iş tapmaq üçün şərait yaradır və akademik iddiaları olmayanlar üçün kifayət edir.

İkinci hissə də 2-3 illik təhsildən ibarətdir. Birinci ili bitirdikdən sonra lisenziyalı diplom verilir, növbəti isə magistr diplomunu almaqla bitir.

Nəhayət, 3-cü hissə seçilmiş peşənin daha dərindən öyrənilməsini təklif edir və sərbəst elmi işlə müşayiət olunur, hansı ki, bu işə iddialı olanlar proqrama daxil olmasına qədər bu mövzunun dürüst və qısaca ifadə olunmasına borcludurlar. Bu mərhələni müvəffəqiyyətlə keçənlərə xüsusi ali təhsil və ya əsaslı təhsil diplomu verilir.

Hazırda Fransada təxminən 80 universitet və 300-ə yaxın ali məktəb vardır. Fransız ali məktəbləri öz ölçülərinə görə fərqlənirlər, lakin bütövlükdə yerləşdiyi yerdən asılı olmayaraq, yüksək keyfiyyətli təhsil vəd edirlər.  Böyük əyalətlərdəki şəhərlərdə – Lilya, Tuluza, Eks-an-Provay-sa, Bordo, Qrenoblyada bir qayda olaraq, kiçik xüsusiyyətləri ilə fərqlənirlər. Burada  2-ci və 3-cü hissənin tələbələri daha çoxdur. Nəhayət, fransız tələbələrinin 4/1-nin toplaşdığı Parisin ətrafında demək olar ki, nə lazımdı hər şeyi tapmaq olar. İstər  fakültə, istər proqram, istərsə də ixtisaslaşdırma olsun.

Fransada universitetlərin rəsmi reytinqi mövcud deyildir, lakin yekunlaşmış nəticələr haqqında danışmaq olar. Necə ki,  Fransanın alman dili öyrədən ən yaxşı fakültəsi Strasburq Universitetindədir, məsələn, Monpelye Universitetində təbiət elmləri və tibb fakültələri daha yaxşı  təşkil olunmuşdur. Ən ali ticarət  məktəbi, ali iqtisadi və ticarət elmləri məktəbi, Parisin ali ticarət məktəbi və başqalarını flaqmanlar aralarında biznes – təhsili adlandırırlar.

Prinsip etibarilə, universitetlər və ali məktəblər arasında fərq mövcud deyildir. Yalnız yaranmış tarixi tiplərdən söhbət gedə bilər və belə olan halda bu tədrisin formasında heçinə dəyişmir. Ali təhsil məzununun diplomu nüfuzuna görə, bəzən universitet diplomundan daha yüksək qiymətləndirilir.

Fransız təhsil müəssisələrinə daxil olma prosesi çox çətindir.

Fransız ali məktəblərinə daxil olmağın bir neçə yolu var. Birincisi, rəsmi nöqteyi-nəzərdən BAC-bakalavr attestatı əldə etmək üçün ən sadə yoldur. Bu sənəd universitetə 100 faizlik buraxılışdır, lakin, heyf ki, onu yalnız fransız liseyini bitirdikdən sonra imtahan verərək və yaxşı nəticə əldə edərək almaq olar. Buna görə, onun bütün sadəliklərinə baxmayaraq, elə də yüngül adlandırmaq olmaz.

Başqa variantlar da var. Fransanın hansı ali məktəbində təhsil almaq istədiyini bilən şəxs ən yaxşısı, həmin ali məktəbin komissiyasına məktub göndərərək, niyə bu təhsil sahəsində oxumaq istədiyinin səbəbini yazmağı və bir az da özü haqqında danışmağı sınasın. Şans müsbət cavab almaq istəyən elə insanlarda baş qaldırır ki, onlar oxuduqları ali məktəbləri qurban verə bilərlər və yenidən 1-ci kursa, lakin fransızca davam etməlidirlər.

Əgər sizin namizədliyiniz Fransada bəyənilsə, onlar sizə fransız dilində DALF testə cavab vermək üçün dəvət göndərəcəklər. Bundan əlavə, sizi DALF almanız üçün imtahana buraxsınlar deyə, ilk iş olaraq, çox da çətin olmayan daha bir imtahan verməlisiniz və fransız dilini DELF öyrəndiyinizə görə diplom almalısınız.

Universitetlərin bir çoxunda əcnəbilər üçün hazırlıq kursları fəaliyyət göstərir. Əsasən, fransız dilinə yiyələnməyə daha çox yer verilir. Kim ki, kursun sonunda imtahanları verə bilir, o həmin ali məktəbin tələbəsi olur.

Son illərdə bəzi ali təhsil müəssisələrində, xüsusilə özəllərdə ingilis dilində magistr proqramları yaradılıb. Onlar əcnəbilərə istiqamətləndirilmiş və 1-2 illik təhsil ehtimal olunur.  Bura daxil olmaq üçün dinlədiyin kurslar və aldığın qiymətlər barədə diplom və akademik arayış , bundan başqa, TOEFL (550-700) və ya İELTS (6.0-7.0 bal) testinin nəticələrini vermək lazımdır. Bəzən ingilis dilində imtahanları məktəb özü təşkil edir. Belə proqramlarda təhsil almaq ödənişlidir.

 

Comments:

Facebook