Niderland

Niderlandda təhsil

Qərbi Avropanın ən qabaqcıl ölkəsindən biri hesab edilən Niderlandda təhsili ölkənin adət-ənənələri ilə sıx bağlıdır. Belə ki,  bu kiçik ölkənin sayı 15,5 milyon olan əhalisinin demək olar 450 minə yaxını müxtəlif formalarda ali təhsil almış vətəndaşlardan ibarətdir. Burada da təhsil bir çox Avropa ölkələrində olduğu kim sentyabrdan başlayaraq iyun ayına qədər davam edir.

Ümumilikdə Niderlandda ali təhsil 2 formada tətbiq edilir: universitet və peşə məktəbləri səviyyəsində. Sözügedən təhsilin ikincisini “hogescholen” adlanan politexnik məktəblərində və kolleclərdə almaq mümkündür və onlar adətən daha çox tələbələrini müstəqil elmi təcrübəyə əsaslanan kurslar üzrə hazırlayırlar. Eyni zamanda “Hogescholen”-də də tələbələr birbaşa təcrübəyə əsaslanan konkret sahələr üzrə peşə hazırlığı keçirlər: başqa sözlə onlar tələbələri daha çox peşəkar fəaliyyətə hazırlayırlar.

Tarixə nəzər salsaq görərik ki, artıq 50 ildən çoxdur ki, Niderlandda xarici tələbələr təhsil almaq imkanından yararlana bilirlər. Hələ ötən əsrin 50-ci illərindən bunun üçün xüsusi ali məktəblər yaradılmışdı. Hal-hazırda 14 belə universitet 150-dən çox ixtisaslaşdırılmış kurslar təklif etməkdədir və bu kurslar ilk əvvəl karyeralarına yeni başlamış peşəkarlar üçün əla təhsil imkanları yaradır. Kurslarda tələbələrə yeni metod və texnologiyalarla dərslər keçilir və yaradıcı akademik atmosferdə baş tutur. Üstəlik, vətəninə qayıdacaq tələbənin öz ölkəsində keçdiyi dərslərdən təcrübədə yararlana bilib-bilmədiklərini də kurslar əvvəlcədən müəyyən etmək üçün xüsusi qiymətləndirmə vasitəsilə yoxlanılır.

Niderland təhsil sisteminin ən fərqli özəlliklərindən biri “britan” və amerikan sistemindən 2 pilləli diplom verməsi ilə seçilməsidir. Belə ki, hər bir tələbə müxtəlif fənlər üzrə 4 illik gündəlik təhsildən və 5 il mühəndis işi, təbii elmlər və ya kənd təsərrüfatı üzrə çalışdıqdan sonra doktorluq diplomu alır. Ali təhsil akademik proqrama fasilə verilmədən yerinə yetirildiyi zaman tam bitmiş hesab edilir və diplomla təltif olunur.

Bir çox aparıcı ölkələrdə olduğu kimi, Niderland ali məktəblərinin verdiyi təhsil də bütün dünyada məşhurdur və rəsmi olaraq tanınır. Niderland ali məktəblərinin təhsil səviyyəsinə birbaşa Hollandiyanın Təhsil Nazirliyi zəmanət verir. Buna görə də, ali məktəb seçən abituriyentlər sonradan diplomlarının tanınması ilə bağlı narahat olmamalıdırlar. Sözsüz burada da hər bir universitetin öz üslubu və təhsil ənənələri var. Lakin bir dəyişməz fakt var ki, bu da bütün Universitetlərin heç bir halda keyfiyyətsiz təhsil ilə fərqli olmamağıdır. Nəticədə, işverənlər insanın hansı universiteti bitirməyi ilə deyil, yalnız diplomunun olub-olmamağı ilə maraqlanırlar.

Niderlandda əsasən təhsil holland dilində aparılsa da bəzi universitetlər beynəlxalq proqramları ingilis dilində tədris edir. Abituriyentlər “hogeschool” və ya universitetlərə qəbul zamanı Holland dilindən testdən keçirilir. Bir çox universitetlər xaricilər üçün universitet daxilində və ya digər tədris müəssisələrində holland dili kursları təklif edir. Beynəlxalq təhsil üçünsə, ingilis dili mütləqdir. İmtahanda TOEFL üzrə 550 baldan az olmayaraq bal toplamaq çox vacib şərtdir. Həmçinin istisna hallar mövcuddur ki, orada digər xarici dildən imtahan verilə bilər.

 

Comments:

Facebook