Kanada

Kanadada təhsil

Kanada qabaqcıl təhsil səviyyəsi ilə həmişə seçilməyi bacarıb. Ölkənin təhsil sisteminə dövlət məktəbləri daxil olduğu kimi, özəl məktəblər də daxildir. Konstitusiyaya görə təhsil yalnız əyalətin ixtiyarında yerləşir. Nəticədə, müxtəlif əyalətlərdə təhsil sistemi əhəmiyyətli dərəcədə müxtəlif ola bilər.

Lakin, ümumilikdə ölkədə təhsil standartları eyni dərəcədə yüksəkdir. Kanada universitetlərinin diplomları bütün dünyada tanınır.
Kanada universitetləri müasir maddi-texniki avadanlıqla təchiz edilir və yaxşı kitabxanaları var. Kanada ali məktəblərinin əsas tərəfi elm və təcrübə ilə sıx əlaqədədir. Ümumilikdə Kanadanın ali təhsil sistemi ABŞ ali təhsil sisteminə uyğundur.

Bir halda ki, Kanadada iki dövlət dili – ingilis və fransız dili var, tələbələr bu iki dillərdən birində təhsil ala bilər. Bəzi universitetlərdə təhsilin iki dildə olmasına baxmayaraq, tələbələrin daxil olması üçün iki dili yaxşı bilmək elə də vacib deyil.

Avropa və Amerikanın əksər xarici ölkələrində olduğu kimi, Kanadada ali təhsil 3 pillədən ibarətdir:

Undergraduate (Bachelor`s Degree) – bakalavr dərəcəsi verən ilk ali təhsil. Bakalavr proqramı üzrə təhsil müddəti əyalətdən asılı olaraq ən azı 3 il, bəzi fənlərə görə isə – daha çoxdur. 3 ilə bakalavr dərəcəsi verilən əyalətlərdə, tələbələr fərqlənmə diplomu almaq üçün bir il daha oxumalıdırlar. Fərqlənmə diplomu əsas fənn üzrə ixtisaslaşmanın daha yüksək səviyyəsini tələb edir və adətən magistraturaya daxil olmaq üçün lazımdır.

Graduate (Master`s  Degree) – magistr dərəcəsi verən magistratura. Təhsil müddəti 2 ildir. Magistraturaya diplom işinin və ya dissertasiyanın yazılması və müəyyən fənn üzrə təcrübənin aparılması daxildir.

Postgraduate – doktor dərəcəsi verən aspirantura (istənilən sahədə rəsmi dərəcə – fəlsəfə elmləri doktoru PhD adlanır). Təhsil müddəti – 3 (ən azı) və ya 4 ildir, bir il məktəbdə keçirilməlidir. Əksər hallarda doktoranturaya qəbul olmaq üçün magistr dərəcəsi tələb olunur. Bəzi universitetlər üçün tələbənin fərqlənmə diplomunun olması da kifayətdir.

Daxil olarkən ümumi tələblər

Orta təhsil haqqında attestat;
TOEFL, SAT (bakalavrlar üçün), GRE (magistratura və doktorantura üçün) və ya LSAT (hüquqşünaslar üçün imtahan) imtahanın verilməsi haqqında sertifikat.

Ərizələrin verilmə müddətləri

Universitetlərdə dərs ili adətən sentyabrdan maya kimi davam edir və 2 semestrə bölünür. Bəzi universitetlər yay ayları daxil olmaqla bir və ya üç semestrli tədris kursları təklif edir. Bəzi təhsil proqramları tələbələrə yanvarda və ya mayda dərsə başlamağa imkan verir. Ərizələrin qəbul müddəti (təxminən) – yanvar-mart aylarındadır.

 

Comments:

Facebook