Avstraliya

Avstraliyada təhsil

İngilisdilli ölkələr siyahısında olan Avstraliyada təhsil bir çox özünəməxsus üstünlükləri ilə dünyanın hər yerindən tələbə axınına məruz qalan elim mərkəzlərindən biridir. Xüsusən bura gələn tələbələrin çoxu Asiya ölkələrinin payına düşür, lakin buna baxmayaraq eyni zamanda digər ölkələrdən də olan tələbələrdə bu ecazkar ölkədə təhsilə üstünlük verirlər. Buna daha öncə Avstraliyada yüksək təhsil ənənələrinin formalaşması və bütün dünyada tanınan beynəlxalq dərəcəli diplomların verilməsi səbəb olur. Avstraliya da demək olar ki, bütün beynəlxalq ixtisaslar üzrə bakalavr və magistr təhsilli almaq mümkündür. Həmçinin tələbələrin xərclərini qarşılaya bilən təqaüd proqramlarında həm dövlət həm də özəl fondlar vasitəsilə təhsil sahəsində inkişafa Tövhə verməkdədir. Avstraliyada akademik tədris ili adətən Yanvarın sonu və Dekabrın ortalarına qədər davam edir.

Avstraliya universitetlərində ali bakalavr təhsili almaq üçün artıq namizədlər öz vətənlərində ən azı  orta məktəbi bitirmiş olmalı və ya hər hansı bir bakalavr dərəcəsinə sahib olmalıdır. Dil baxımından burada oxumaq üçün bir tək yaxşı İngilis dili biliklərinə malik olmaq kifayətdir ki, siz Avstraliyada təhsil imkanından yararlanmağa uğun namizəd hesab ediləsiniz. Bunun üçün xarici tələbələr dil bilmələrini təsdiq edən sənədi təqdim etməlidirlər. Avstraliya ali təhsil məktəbləri ingilis dilindən TOEFL (Test of English as a Foreign Language- Xarici dil kimi ingilis dilindən test imtahan) və İELTS (İnternational English Language Testing System – İngilis dilindən beynəlxalq test sistemi) kimi imtahanlardan keçən tələbələri qəbul edirlər.
Məlumat üçün deyək ki, xarici tələbələrə kömək üçün Avstraliyada ingilis dili kursları təqdim edən kolleclər fəaliyyət göstərir.

Avstraliyada pul vahidi Avstraliya dollarıdır ki, buda 1 ABŞ dollarına nisbətdə təxmini olaraq 1.83 Avstraliya dolları ekvivalentinə bərabərdir. Təhsil xərcləri baxımından Avstraliya o qədərdə çox bahalı ölkə hesab edilmir. Belə ki, tələbələrin bir illik təhsil xərcləri orta hesabla öyrənilən fənnin növündən, təhsil müəssisəsindən, onun məkanından asılı olaraq, 7000-14000 məbləğində Avstraliya dollarına başa gəlir (bu qiymətə həmçinin yemək, nəqliyyat, əyləncə də daxil olmaqla). Tibbi sığortaya təxminən ildə 275 dollar tələb olunur. Təhsil haqqı sizin seçdiyiniz institutdan və kursdan asılıdır: məsələn, iqtisadiyyat və ya hüquq ildə – 7000-10000 A$; tibb, təbiət elmləri və ya maşınqayırma – 11000-20000 A$ məbləğindədir.
 
Məlumat mərkəzləri 

Avstraliyada təhsil almaq arzusunda olanlar Avstraliya Təhsil Mərkəzi (Australian Education center – AEC) və ya AİEF (Australian İnternational Education Foundation – Beynəlxalq təhsil üzrə Avstraliya fondu www.aief.edu.au) ilə əlaqə saxlaya bilərlər.

Avstraliya ikitərəfli proqramının köməyi ilə maddi dəstək istəyən xarici tələbələr öz ölkələrində bu cür yardım göstərən müvafiq rəsmi orqanlara və ya Avstraliya diplomatik nümayəndəliyinə müraciət etməlidirlər. Xarici tələbələrə kömək edən qurumların adını və ünvanını Avstraliya diplomatik nümayəndəliyindən almaq olar.
 
Avstraliya universitetləri
 
Melburn Kral Texnologiya İnstitutu(Royal Melbourne Institute of Technology)

Melburn Kral Texnologiya İnstitutu – xarici tələbələrin sayına görə Avstraliyada böyük universitetlərdən biridir. Universitet məzunlarının yaxşı işlə təmin olunma imkanları var. Dizayn və informasiya texnologiyaları fakültələri tez-tez müxtəlif müəssisə və firmalardan elmi tədqiqatlar üçün sifarişlər qəbul edirlər. Universitetdə bu fakültələr mövcuddur:
Tətbiqi elmlər;
İncəsənət, dizayn və kommunikasiya;
Pedaqoji;
Biznes;
Mühəndislik;
Dil və sosioloji xidmətlər;
Səhiyyə;
Ətraf mühitin mühafizəsi

Pillələr:
Bakalavr – 2-4 il;
Graduate Certicate – 1 semestr;
Graduate Diploma – 1 il;
Magistratura – 1-3 il;
Fəlsəfə elmləri doktoru (PhD) – 3 il.
Bakalavr üçün ingilis dilini bilmə dərəcəsi İELTS üzrə 6.0 və ya TOEFL üzrə 580 bal olmalıdır.

Melburn universiteti (University of Melbourne)

Avstraliyanın təhsil vermə və elmi araşdırmalara görə ən yaxşı universitetlərindən biri – Melburn Universitetidir. Əsası 1953-cü ildə qoyulub. Universitetdə 11 fakültə fəaliyyət göstərir. Bakalavr, magistr, müxtəlif ixtisaslara görə, məsələn, memarlıq, tikinti mühəndisliyi, yerşünaslıq, iqtisadiyyat, kommersiya, incəsənət, pedaqoji, mühəndislik elmləri, tibb – stomatologiya, veterinariyaya görə elmlər doktoru adını almaq olar. İki sahədə bakalavr pilləsi almaq üçün 5 il intizamlararası elmləri öyrənən kombinələşdirilmiş kursda oxumaq  lazımdır.
Bakalavr pilləsi üçün ingilis dilini bilmə dərəcəsi İELTS-dən 6.5 və daha çox bal olmalıdır.

Kvinslend Universiteti (Queensland University)

Kvinslend universiteti Avstraliyanın 5 ən yaxşı universiteti sırasındadır. Universitet istehsalçı və tədqiqat mərkəzləri ilə fəal əməkdaşlıq edir. 400 akademik proqramdan tələbələr arasında daha məşhur olanları e-commerce, mühəndis və tibb elmləri proqramlarıdır. Kvinslend universitetinin 45 laboratoriyası və bütün ştat üzrə tədqiqat mərkəzləri var. Bu fakültələr fəaliyyətdədir:
Biologiya və kimya;
Biznes, iqtisadiyyat və hüquq;
Mühəndislik, təbiət elmləri və memarlıq;
Tibb;
Təbii resurslar, kənd təsərrüfatı və veterinariya;
İctimai elmlər.
Universitetdə
Bakalavr 3-4 il;
Graduate Certificate – 1 semestr;
Postgraduate Diploma (PG) – 1-2 il;
Master – 1-3 il;
PhD – 3 il pilələri mövcuddur.
Bakalavr pilləsi üçün ingilis dili dərəcəsi İELTS- dən 6.0 bal olmalıdır.

Avstraliya universitetlərinə qəbul üçün ən əlverişli yol: hazırlıq ilini müvəffəqiyyətlə bitirmiş tələbələrə dünyada təhsilin səviyyəsinə görə  yüksək standartlara cavab verən Avstraliyanın aparıcı universitetlərinə qəbul olmaq üçün zəmanət verilir. Woolong University, Murdoch University, University of Sydney, Edith Cowan  University, Australian Catholic University, University of Macquarie bu universitetlər sırasındadır.

Comments:

Facebook