Yeni Zelandiya

Yeni Zelandiyada təhsil

Yəqin Yeni Zelandiya deyəndə hərbir insanın fikrinə bu ölkənin maraqlı təbiəti, yaşıl otlaqları və inəklərlə bol olan bir ölkə təsəvvürü gəlir göz qabağına.Amma onu da bilməliyik ki, Yeni Zelandiyada həmçinin yüksək təhsil imkanları da mövcuddur və bu şans yerli sakinlər kimi bütün əcnəbi tələbələrə də şamil edilir. Təhsil formalarından danışası olsaq o zaman qeyd etmək lazımdır ki, bu əsasən üç qrupa bölünür.

Birinci ilkin məktəbəqədər təhsi lhesab edilir (Сhildhood Services), İkinci pulsuz ilkin və orta təhsi l(Primary and Secondary Education) və Üçüncü hər bir yeni zelandiyalının oxumaq hüququ olduğu ali təhsil(Tertiary Education) forması.

Məktəbəqədər təhsi luşağın altı yaşına qədər olan dövrünü əhatə edir. Məktəbəqədər təhsil dövlətin əlində deyil və özəl şirkətlər tərəfindən maliyyələşir. Ortalama olaraq uşaqların 60% həmin təhsil müəssisələrinə gedirlər. Məktəb dövrü təhsil iisə beş yaşından 16 yaşına qədər olan dövrü əhatə edir. Bütün məktəblərdə dərslər ingilis dilində keçirilir. Amma bəzi məktəblərdə həmçinin yerl idil olan “Maori” dili də keçir. Yeni Zelandiyadakı təhsil sistemi yüksək standartlara cavab verir. Məktəblər qəbul olunmuş Zelandiyanın təhsildə standartı olan NCEA Level sertifikatı verilir.Bu sertifikat Britaniyanın General Certificate of Secondary Education, və Kanada və Amerikanın Grade 10 standartına uyğun gəlir.

Ali təhsil

Ali təhsil Yeni Zelandiyada məktəbdən sonrakı təhsil pilləsi olmaqla çox geniş sektorlu və ən müasir texniki bazaya əsaslanan təhsil proqramları üzrə professional elm vermək iqtidarındadır. Ölkədə 36 açıq tədris mərkəzləri, həmçinin, 6 universitet, 21 texnoloji universitet və Siyasi təhsil mərkəzi fəaliyyət göstərir.

Bundan əlavə, professional hazırlıq üçün 46 mərkəz və 895 özəl təhsil müəssisələri fəaliyyət göstərir. Bunların əksəriyyəti də xarici tələbələr üçünü ingilis dilinin öyrənilməsi mərkəzləridir. Ölkədə bütün mərhələlərdə qiyabi təhsil almaq mümkündür. Bir çox elm ocaqları tələbələrin istəyini nəzərə alaraq tətil və gecə vaxtı da təhsil verirlər.

Comments:

Facebook