Çin

Çində təhsil

Çin dünyanın ən çoxsaylı əhalili ölkəsi olmaqla yanaşı həmçinin qabaqcıl təhsil müəssisələri ilə də fəxr edə bilər. Əslində Çində yüksək səviyyəli beynəlxalq təhsil almaq üçün bütün imkanlar mövcuddur. Burada da dünyanın bir çox ölkələrində olduğu kimi təhsil ili  sentyabrın 1-də başlayır və iyulun əvvəlində bitir.

Bundan əlavə, tələbələr dekabrın sonundan və təxminən fevralın əvvəlinə qədər (çinin yeni ili) davam edən uzun qış tətilinə yollanırlar. Əcnəbilər üçün dil kursları bütün il keçirilir və müddəti bir  aydan 1 ilə qədər hesablanmışdır.

Çin Universitetlərinə qəbul üçün tələblər 

Hər yerdə olduğu kimi Çində də hər bir universitetin öz qəbul qaydaları vardır və şərtlər ümumilikdə başqalarından kəskin fərqlənmir, ən azından akademik baxımdan. Lakin Çinin dövlət ali məktəbində bakalavr proqramına qəbul olmaq üçün 25 yaşdan yuxarı olmamaq və orta təhsil haqda şəhadətnamə gərəklidir. 

Dil kurslarına daxil olmaq üçün elə bir vacib tələblər irəli sürülmür.

Dil bilməyin vacibliyi

Çin dilinin yüksək səviyyəsi bütün universitet proqramları üçün vacibdir. Bəzi universitetlərdə hazırlıq kursları mövcuddur. Lakin, onlar bir qayda olaraq, ali məktəb  hazırlığı vermirlər.

Əcnəbi tələblərin qəbulu şərtləri 

Çin ali məktəbində bakalavr proqramı üzrə təhsil almaq istəyən əcnəbi tələbənin 18 yaşı və orta məktəbi bitirdiyinə dair şəhadətnaməsi olmalıdır. Dil kurslarına daxil olmaq üçün   çin dilini bilmə səviyyəsi elə də əhəmiyyət kəsb etmir. Bakalavr proqramına daxil olmaq üçün ən yaxşısı ərizəni qabaqda gələn dərs ilinin yazında (qısa müddət-iyun) təqdim etməkdir. Dil kurslarına qəbul ərizəsi sentyabrdan dekabrın sonuna qədər (yaza) və fevraldan iyunun sonuna qədər (payıza) qəbul olunur. Həmçinin, qısamüddətli yay kursları da mövcuddur.

Qəbul üçün sonrakı  sənədlərin hazırlanması

Bakalavriat, magistratura:

1. Ərizə
2. Qiymət (zaçot) kitabçasından çıxarış
3. Diplomun surəti  (əgər varsa)
4. İki zəmanət (məsləhət) məktubu (hər hansı müəllim və işəgötürəndən)
5. Tibbi arayış
6. Şəxsiyyət vəsiqəsinin surəti

Dil kursları 

 -ərizə
 -tibbi arayış
 -şəxsiyyət vəsiqəsinin surəti
 -Ərizənizin qəbulundan iki ay sonra universitet qəbul barədə  xəbərdarlıq məktubu və vizanı almaq üçün sorğu  göndərəcək.  -Qəbul edilməyə etiraz etdikdə, qeydiyyat haqqı geri qaytarılmır.

ÇXR-nın dövlət komitəsi maarifçilik işi haqqında Çinin ölkədə əcnəbilərin təhsili üçün bütün məhdudiyyətləri aradan qaldırdığını elan edir. Artıq ali məktəblər hökumətdən icazə almayaraq, sərbəst şəkildə, xarici tələbələri yığa (artıra) bilər, əcnəbilər özləri isə onlarda qeydiyyatdan keçmək və oxumağa başlaya bilərlər. Hələ keçən il Çinin 330 ali məktəbində 154 ölkədən 40.000 əcnəbi tələbə təhsil alırdı. 2000-ci ildən Çin ali məktəblərə yeni qəbul sisteminə keçib. Bu zaman nəinki əcnəbi tələbələr, hətta çinli tələbələr də təhsilə görə pul ödəyir.

 

Comments:

Facebook