Xarici dil kursları

Language School

“A-Level” Mərkəzində Siz Azərbaycan, ingilis, alman, fransız, ispan, italyan, rus və s. dilləri öyrənə bilərsiniz. Sizə ən müasir metodikalardan istifadə etməklə rəngarəng, çoxsəviyyəli proqramlar təklif olunur. Siz məqsədlərinizə optimal şəkildə uyğun gələn və təhsilin davamiyyətinə görə ən çox yararlı olan proqramı seçə bilərsiniz. Müəllimlər metodistlərin  bilik bazasını mükəmməl şəkildə yarada bilən nailiyyətlərindən və qərb alimlərinin hər bir dərsdə kiçik şou yarada bilən

ən son uğurlarından istifadə edirlər. Bu o deməkdir ki, Siz məhz malik olduğunuz biliyə uyğun gələn səviyyədən başlaya və arzuolunan nəticəni əldə edəcəyiniz vaxtadək təhsilinizi davam etdirə biləcəksiniz. Proqramın seçimi zamanı tələbənin malik olduğu biliyin ilkin səviyyəsi, dilin öyrənilməsi məqsədi, asudə vaxtın mövcudluğu və fərdi xüsusiyyətlər nəzərə alınır. Məşğələlər tələbənin seçimi üzrə həm fərdi qaydada, həm də kiçik qruplarda keçirilir.

Standart kurs

Bütün yaşlardan olan tələbələr üçün nəzərdə tutulmuş sözügedən çoxsəviyyəli kursun məqsədi, ümumən qəbul edilmiş gündəlik dilin öyrənilməsindən ibarətdir. Bu kurs həm yalnız baza biliyinə malik öyrəncilər, həm də xarici dil səviyyəsi kifayət qədər yüksək olan şəxslər üçün yararlıdır. Kurs tərəfindən təklif olunan danışıq strukturları, müasir danışıq dili üçün nəzərdə tutulmuşdur ki, bu da tez bir zaman ərzində fikri savadlı və sərbəst şəkildə ifadə etmək və söhbətə qoşulmaq imkanı yaradır. Təhsil prosesində dilin bütün aspektlərinə diqqət yetirilir, bu da əldə olunan biliklərin səmərəliliyini və dayanaqlığını təmin edir. Hər bir səviyyəni başa vurduqdan sonra, tələbələr keçilmiş səviyyəyə uyğun olaraq sərbəst və sadavlıq danışa, başa düşə, yaza və oxuya bilirlər. Məşğələlər qəbul test imtahanı nəticəsində müəyyən olunan dil bilgisinin 6 səviyyəsindən biri çərçivəsində keçirilir.

İxtisaslaşdırılmış Kurslar

İxtisaslaşdırılmış kurslar dili iqtisadiyyat və biznes, neft sektoru, təbabət, hüquq və s. kimi müxtəlif sahələrdə istifadə etmək istəyən şəxslər üçün nəzərdə tutulmuşdur. 

Dilin bütün aspektləri üzrə iş müasir dünyanın gerçəkliyini əks etdirən proqrama əsaslanır.   Dərs vəsaitlərində müxtəlif və tez-tez müraciət olunan materiallardan istifadə edilir ki, bu da dil kompetensiyasının və müxtəlif vəziyyətlərdə, iş prosesində və işgüzar ünsiyyətdə çıxış yolu tapılması bacarığının formalaşmasına gətirib çıxardır. Bu kursları keçmək üçün dili baza səviyyəsində bilmək lazımdır (ən azı standart kursun 3-cü səviyyəsini).

Danışıq kursu  (Conversation Club)

Sərbəst ünsiyyət qurulması və dil baryerini aşmaq üçün bütün şəraitlər yaradılmış klubumuzda Siz əcnəbi müəllimlərlə danışıq dilini inkişaf etdirə və təkmilləşdirə bilərsiniz. Sərbəst ünsiyyət mühiti və səmimi münasibət maraqlı və məhsuldar təhsil üçün lazım olan bütün şəraiti yaradır.

Olduqca intensiv proqram (VIP)

Bu proqram qısa zaman kəsiyində xarici dil öyrənmək istəyən şəxslər üçün nəzərdə tutulmuşdur. Yüksək intensivlik və xüsusi üsullar bir ay ərzində nəzərəçarpacaq dərəcədə bilik səviyyəsini artırmağa imkan verir. Proqramın əsas üstünlüyü ondan ibarətdir ki, öyrəncilər ən qısa müddət ərzində kifayət qədər böyük həcmli dil materialını mənimsəyə və əldə etdikləri bilikləri təcrübədə tətbiq edə bilərlər. VIP proqramı ilə təhsil alan zaman müxtəlif audio və video materiallardan, tədrisin interaktiv texnologiyasından, əlavə proqram vasitələrindən istifadə olunur.  Söz ehtiyatının artırılması, qrammatikanın öyrənilməsi, şifahi nitq və anlama, oxu və yazı vərdişlərinin təkmilləşdirilməsi hər bir dərsin əsas elementləridir. Bunların hamısı yalnız dərsin maksimal səmərəliliyinə deyil, həm də onun maraqlı olmasına zəmin yaradır.  

Dərsin gedişatında dilin bütün aspektlərinə diqqət yetirilməsinə baxmayaraq, VIP proqramının əsas məqsədi danışıq dil vərdişlərinin inkişafı və təkmilləşdirilməsidir. VIP proqramı ilə məşğələlər hər gün 5 saat olmaqla həftədə 5 dəfə keçirilir.

Beynəlxalq imtahanlara hazırlıq

“A-Level” mərkəzi TOEFL, IELTS, SAT, GMAT, GRE imtahanlarını vermək istəyən namizədlərin tam hazırlığını keçir. Sözügedən kurslar xaricdə təhsil almaq və ya işləmək üçün mütləq olan imtahanları uğurla vermək istəyən və yüksək bal toplayan şəxslər üçün nəzərdə tutulmuşdur. Məşğələlər fərdi və kiçik qrup şəklində keçirilir.
Xarici ölkədə ali məktəbə daxil olmaq üçün yalnız dilin özünü dərindən öyrənmək deyil, həm də imtahanları uğurla vermək üçün “üsulları” bilmək vacibdir. Şübhəsiz ki, vaxt amilini, çaşqınlıq hiss etmək ehtimalını və s. nəzərə almaqla, bütün mümkün vasitələrdən istifadə etmək və mənimsəməklə beynəlxalq imtahanlar formatına vərdiş etmək lazımdır. Yaddan çıxarmaq olmaz ki, imtahanlara hazırlıq dilin özünün dərindən və ciddi öyrənilməsini tam əvəz etməməlidir. Məsələn,  artıq istifadə edilməyən və dil daşıyıcılarının özlərinə də tanış olmayan sözlərdən ibarət mətnlərin seçiminə fikir vermək lazımdır.

“A-Level” mərkəzinin peşəkar müəllimləri qabaqcıl metodika və proqramlar vasitəsilə imtahanların bütün incəlikləri və onlara hazırlıqla bağlı Sizə tam məlumat verəcəklər.

Summer Camp

Səyyar yay proqramı “Summer Camp” istirahət və ingilis dilində müntəzəm məşğələlərin bir araya gətirilməsidir. Və bu hamısı deyildir!
A-Level ilə yay istirahəti – idman yarışları və bayramlar, oyunlar və müsabiqələr, balıq tutmaq və velosipeddə gəzmək, yürüş və ocaq ətrafında keçirilən axşamlar deməkdir!
Biz uşaqların xarici dilə olan marağını artırmağa çalışırıq və bunun üçün xarici dildən tədris fənni kimi deyil, ünsiyyət vasitəsi kimi istifadə edirik.
Tədris 10-12 nəfərdən ibarət qruplarda aparılır. Qruplar bilik və yaş səviyyəsinə görə yaradılır.

2 həftəlik proqrama daxildir:  
- ingilis dili;
- idman proqramı;
- əyləncə proqramı: oyunlar, müsabiqələr, diskotekalar, konsertlər,
təmiz havada gəzinti, yürüşlər, ocaq ətrafında keçirilən axşamlar və balıq tutma;
- gündə üç dəfə yemək;
- rahat yerləşmə;
- Bakıdan getmək və geri qayıtmaq;

Bizimlə heç vaxt darıxdırıcı olmur! 

Sizi hər gün maraqlı tədbirlər gözləyir: yaradıcılıq klubları, idman seksiyaları, oyun və intellektual treninqlər, əyləncəli proqramlar,  böyük ekranda film və cizgi filmlərinə baxış, diskotekalar və bir çox başqa tədbirlər.

 

Comments:

Facebook