Kompyuter kursları

Computer School (Kompyuter kursları)

Müasir cəmiyyət daşıdığı  “informasiya” adını doğruldur. Biz hər tərəfdən informasiya texnologiyaları sayəsində toplanan, işlənən və saxlanan informasiyalarla əhatə olunmuşuq.  Bu gün, istənilən insan fəaliyyətini, eləcə də həyatını kompyuter texnikası və proqram təminatından ayrı təsəvvür etmək mümkün deyildir. Kompyuter ayrılıqda götürülmüş insan həyatının deyil, eləcə də ofisin, müəssisənin və dövlətin  ayrılmaz hissəsinə çevrilir. Buna görə də, kompyuterdən istifadə etmək bacarığı və müvafiq olaraq kompyuter bilgilərinə yiyələnmək bizim əsrdə hər bir insan üçün olduqca vacibdir və kompyuter üzrə

elementar bilgilərə malikolmanın yazmaq və oxumaq kimi məcburi xarakter daşıyacağı günə o qədər də çox qalmayıb.
Kompyuterdə iş üzrə ilkin bilgiləri əldə etmək üçün kompyuter kursunu keçmək kifayətdir. Kompyuterdə işləməyi bacaran şəxslər üçün bir həvəskar olaraq, yaxud da ixtisasını artırmaq istəyən kompyuterçi-mütəxəssis kimi kompyuter proqramlarını öyrənmək maraqlı olardı. Bizdə dizaynerlər, layihəçilər, proqramçılar, sistem inzibatçıları, mühasiblərə münasib kompyuter kursları vardır.

Əsas məqsədimiz dinləyicilərimizə peşə fəaliyyətinin müxtəlif sahələri üzrə yüksək keyfiyyətli bilgi aşılamaqdan ibarətdir. Burada siz tamamilə yeni ixtisasa yiyələnə,  yaxud da artıq seçmiş olduğunuz ixtisası təkmilləşdirə bilərsiniz

Comments:

Facebook