Beynəlxalq imtahanlara hazırlıq

Beynəlxalq imtahanlara hazırlıq

“A-Level” mərkəzi TOEFL, IELTS, SAT, GMAT, GRE imtahanlarını vermək istəyən namizədlərin tam hazırlığını keçir. Sözügedən kurslar xaricdə təhsil almaq və ya işləmək üçün mütləq olan imtahanları uğurla vermək istəyən və yüksək bal toplayan şəxslər üçün nəzərdə tutulmuşdur. Məşğələlər fərdi və kiçik qrup şəklində keçirilir.Xarici ölkədə ali məktəbə daxil olmaq üçün yalnız dilin özünü dərindən öyrənmək deyil, həm də imtahanları uğurla vermək üçün “üsulları” bilmək vacibdir. Şübhəsiz ki, vaxt amilini, çaşqınlıq hiss etmək ehtimalını və s. nəzərə almaqla, bütün mümkün vasitələrdən istifadə etmək və mənimsəməklə beynəlxalq imtahanlar formatına vərdiş etmək lazımdır. Yaddan çıxarmaq olmaz ki, imtahanlara hazırlıq dilin özünün dərindən və ciddi öyrənilməsini tam əvəz etməməlidir.

Məsələn,  artıq istifadə edilməyən və dil daşıyıcılarının özlərinə də tanış olmayan sözlərdən ibarət mətnlərin seçiminə fikir vermək lazımdır.“A-Level” mərkəzinin peşəkar müəllimləri qabaqcıl metodika və proqramlar vasitəsilə imtahanların bütün incəlikləri və onlara hazırlıqla bağlı Sizə tam məlumat verəcəklər.

TOEFL beynəlxalq imtahanı nə deməkdir?

TOEFL (Test of English as a Foreign Language) Təhsil Səviyyəsini Yoxlayan Xidmətin (ETS - Education Testing Service) yazdığı bir çox standartlaşdırılmış testlərdən biridir.TOEFL testi ABŞ, yaxud Kanada ali təhsil ocaqlarında oxumağa hazırlaşan, MBA proqramlarına daxil olmaq istəyən şəxslər, və işəgötürənləri TOEFL üzrə biliyi məcburi işəgötürmə şərti kimi irəli sürən şəxslər üçün nəzərdə tutulmuşdur.
TOEFL test sistemi verilən cavablar arasında düzgünün cavabın seçilməsini tələb edən müxtəlif növ suallardan ibarətdir.

TOEFL iBTnə deməıkdir?
TOEFL iBT (internet-based version of the TOEFL) — TOEFL beynəlxalq imtahanının yeni internet – versiyasıdır. 

 Testin yeni formatı dil bilgisinin dörd növü üçün nəzərdə tutulmuşdur: şifahi danışıq, oxunan mətnin başa düşülməsi, dinləməklə şifahi nitqin başa düşülməsi və yazı: Reading, Listening, Writing и Speaking

Testin ümumi davamiyyət müddəti  təxminən dörd saatdır. TOEFL iBT-də testin əvvəlki versiyasından tapşırıqlar, eləcə də ümumiləşdirmə prinsipi üzrə tərtib edilmiş və bir  neçə dil vərdişlərinə toxunan yeni tapşırıqlar verilir.

Speaking (şifahi nitq) yeni bölməsində qulaqcıq və mikrofon vasitəsilə yerinə yetirilməsi lazım olan 6 tapşırıq verilir. Writing bölməsi genişləndirilmiş və essenin oxunmuş mətn və ona verilən şərh əsasında yazıldığı ümumiləşdirilmiş tapşırıqlardan  ibarətdir.  Test zamanı qeydlərin edilməsinə icazə verilir.

TOEFL beynəlxalq sertifikatı iki il müddətində etibarlıdır.

Sertifikatın özündən başqa, imtahanın nəticələrini də İnternetdə əldə etmək mümkündür və sizin poçt ünvanınıza göndərilə bilər.

TOEFL imtahanına qeydiyyat www.toefl.org rəsmi saytında aparılır.

IELTS imtahanı nə deməkdir?

IELTS (The International English Language Testing System) imtahanı ingilis dili üzrə bilginin beynəlxalq səviyyədə yoxlanması – dil bilgisi səviyyəsinin təsdiq etmək üçün işlənib hazırlanmış qiymətləndirmə sistemidir.

Bu imtahan Böyük Britaniya, Avstraliya, Kanada, ABŞ, Yeni Zelandiyanın bir çox universitet, peşəkar və hökumət təşkilatları, eləcə də Avstriya, Almaniya, Fransa, İrlandiya, Hollandiya, İsveçrə, Niderland, İsrail, Honkonq, Cənubi Afrikanın tədris müəssisələri tərəfindən tanınmışdır.

IELTS imtahanı Amerika, Avropa, Asiya, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrikanın kollec və universitetlərində təhsil almaq, Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiyaya immiqrasiya, xaricdə işə düzəlmək üçün lazımdır.  

IELTS beynəlxalq imtahanının xüsusiyyətləri
IELTS testi bütün dil vərdişlərini yoxlayır – dilin başa düşülməsi, danışıq dili, oxu və yazı. Oxumaq və yazmaq üçün tapşırıqlar “Akademik” təhsil modulu və “Ümumi təyinat” modulu arasında seçim zərurətini nəzərdə tutur. 

IELTS testi dörd hissədən ibarətdir: 
dilin başa düşülməsi— şifahi danışıq dilinin başa düşülməsinin yoxlanması (Listening);
oxu (Reading);
yazı (Writing);
müsahibə, danışıq (Speaking).

Testin nəticələri 2 il müddətində qüvvədədir.

IELTS imtahanı haqda təfərrüatlar www.ielts.org saytında verilir.

GMAT nə deməkdir?

GMAT (Graduate Management Admission Test) – biznes və menecment sahəsində təkmilləşmək məqsədilə biznes məktəblərə, MBA proqramlarına daxil olan şəxslərin səviyyəsini və ixtisasını müəyyən etmək üçün kompüter testidir.

Bu test ümumtəhsil xarakteri daşıyır və özünə danışıq, yazı və riyazi hesablama vərdişlərinin yoxlanmasını daxil edir. Çətinlik ondan ibarətdir  ki, test ingilis dilində keçirilir və buna görə də ingilis dilinin yüksək səviyyədə bilməyi tələb edir.

GMAT menecment sahəsində zəruri olan vərdişlərin yoxlanması məqsədilə işlənib hazırlanmışdır.  Lakin, o, xüsusi bilgi tələb etmir və dar ixtisaslara aidiyyəti yoxdur.

Sözügedən testdən keçməyin mümkün olduğu mərkəzlər bütün dünyada mövcuddur və arzuedənlər üçün bütün il boyu açıqdır. GMAT olduqca məşhurdur və MBA proqramına daxil olan zaman məcburi tələblərdən biri hesab olunur.

GMAT bir də onunla seçilir ki, onun nəticələri ilə insanın potensial imkanlarını müəyyən etmək və biznes məktəbdə təhsil aldığı müddətdə onun uğurlarını proqnozlaşdırmaq mümkündür.  

Test üç sualdan ibarətdir – yazı, hesablama və danışıq vərdişlərinin yoxlanması. Suallar imtahan verən şəxslərin hazırlıq səviyyəsinə uyğun olaraq fərdi qaydada müəyyən edilir.

GMAT 3 bölməni özünə daxil edir, bu bölmələrdən hər birinin yerinə yetirilməsinə müxtəlif vaxt müddəti ayrılır. 

 “Analitik yazı” bölməsi - AWA (Analytical Writing Assessment) kompüter vasitəsilə seçilmiş mövzu üzrə iki inşanın yazılmasını tələb edir. “Riyazi bölmə” - Quantitative Section. Testin bu hissəsinin tapşırığı – əsas riyazi vərdişləri yoxlamaqdan, riyazi konsepsiyaların başa düşülməsindən, riyazi əsaslandırma bacarığından, kəmiyyət tapşırıqlarının həll edilməsindən və qrafik tapşırıqların şərhindən ibarətdir. “Verbal bölmə” — Verbal Section. O, 3 mərhələdən ibarətdir: cümlələrin oxunması, tənqidi əsaslandırılması və düzəldilməsi.

GMAT-ın rəsmi saytında www.gmat.org qeydiyyatdan keçmək lazımdır.

GRE nə deməkdir?

GRE (Graduate Record Examinations) – bu, ABŞ-da aspiranturaya (daha dəqiqi, ali təhsil ocaqlarının magistratura proqramlarına) daxil olmaq üçün verilməsi zəruri olan testdir.  Testin bir neçə növü mövcuddur - General Test (ümumi test) və fənn testləri - Subject Tests.
     
GRE testini yalnız Advanced və yuxarı ingilis dili səviyyəsi olan şəxslərin verməsi tövsiyə olunur, belə ki testin tapşırıqları kifayət qədər çətindir. 

GRE testini verən zaman ya ümumi testi - General Test, ya da fənn testini - Subject Tests keçmək lazımdır.

GRE ümumi testi imtahanverənin verbal, riyazi və analitik bacarıqlarını qiymətləndirməyə yönəlmiş və heç bir ayrıca fənn ilə əlaqəsi yoxdur.

GRE fənn testləri qəbul komissiyasına aspiranturaya daxil olan şəxslərin   müəyyən bilik sahəsi üzrə biliklərinin qiymətləndirməsinə kömək etmək üçün yaradılmışdır. Sözügedən test həm də tələbənin özünə biliyini qiymətləndirməkdə kömək edir.

Testi vermək üçün rəsmi saytda www.gre.org qeydiyyatdan keçmək lazımdır.

SAT nə deməkdir?

SAT – (ScholasticAptitudeTest). Bu, ABŞ və Kanadanın ali təhsil ocaqlarında təhsillərini davam etdirmək qərarına gələn abituriyent və tələbələr üçün nəzərdə tutulmuşdur. SAT xarici test proqramlarının Amerika analoqudur. ABŞ və Kanadanın bütün universitetləri və Avropanın bir çox universitetləri daxil olmaq üçün sənədlər paketində general SAT və bir neçə subject SAT nəticələrini tələb edirlər.

SAT iki növdə olur – təfəkkürün ümumi səviyyəsinin (SAT I, reasoning test)  və hər hansı konkret fənn üzrə biliyin (SAT II, subject test) yoxlanması.   
SAT-I (Təfəkkür üzrə test) - Verbal və riyazi bacarıqları yoxlayır. Verbal bölmələr sizin lüğət ehtiyatınızı, təfəkkürünüzü və oxunmuş materialın qavranmasını yoxlayır. Riyazi bölmələr hesabı, cəbri və həndəsəni əhatə edən tapşırıqları həll etmək bacarığınızı yoxlayır.

SAT II, subject test – müəyyən fənn üzrə biliyin yoxlanması deməkdir.

Comments:

Facebook