Korporativ tədris

Korporativ tədris

İnsanlar – şirkətin əsas dəyərləridir. Personalın tədrisi, əməyin məhsuldarlığının artırılmasının zəruri vasitəsidir. Korporativ təhsil məhsuldarlığın artırılmasına, daha yüksək peşəkar standartlara uyğun gəlməyə rəvac verir,  şirkətin kadr siyasətini daha da təkmilləşdirir, mütəxəssislərdən ibarət komandanın formalaşmasına və səmərəli şəkildə işləməsinə zəmin yaradır.

Tədris xidmətləri göstərən peşəkar mütəxəssislərin yanında əməkdaşlarınızın təhsil alması sayəsində, siz aşağıdakılara nail olacaqsınız:
- Görülən işlərin sürətinin artması
- Yeni texnologiyalardan istifadə etmək imkanı
- Personalın işinin və peşəkarlıq səviyyəsinin ümumi səmərəliliyinin artması
- Səmərəli işə görə əməkdaşa qeyri-maddi bonus + personalın uzun müddət xidmət göstərməsi vasitəsi və yeni əməkdaşların axtarılması və işə öyrədilməsi xərclərinin azaldılması.

Siz standart proqramlar üzrə təhsili seçə, eləcə də qısa müddət ərzində istənilən həcm və mürəkkəblikdə qeyri-standart proqramı sifariş verə bilərsiniz. Sizin üçün xüsusi olaraq personalınızın fərdi təhsil sxemini seçə bilərik.

Əməkdaşlarınızın tədrisi mərkəzimizdə, Sizin ofisdə, eləcə də onlayn şəkildə (habelə vebinar formatında) aparıla bilər.

Personalın onlayn tədrisinin fərqləndirici xüsusiyyəti fərdi qrafik üzrə tədrisi aparmaq və bununla da əməkdaşların əsas öhdəliklərinin yerinə yetirilməsindən yayınmaqlarını minimuma endirmək  imkanıdır. Eyni zamanda tərəfimizdən istifadə olunan texnologiyalar, məsafəli çıxış rejimində real avadanlıqlarda praktik  tapşırıq və laboratoriya işlərini yerinə yetirmək imkanı yaradır.

Mərkəzin metodistləri, fərdi və ya qrupşəkilli tədris proqramları təklif edir, konkret məqsədlər və təhsil müddətləri, eləcə də şirkətin məşğul olduğu sahə nəzərə alınmaqla xüsusi proqram tərtib edir. Biz qabaqcadan tələbələrin şifahi və yazılı biliklərini yoxlayırıq. 

İşgüzar ingilis dili kursu biznesin müxtəlif sahələri ilə  məşğul olan mütəxəssislər, eləcə də karyera planları işgüzar ingilis dilini yüksək səviyyədə öyrənməyi tələb edən şəxslər üçün nəzərdə tutulmuşdur. Təhsil zamanı audio və video materiallarla təchiz edilən Amerika və Britaniyanın orijinal dərs vəsaitlərindən istifadə olunur. İngilis dili dərslərində real iş şəraitləri nümayiş etdirilir: görüşlərin, yığıncaqların, danışıqların və təqdimatların keçirilməsi. Eyni zamanda dinləyicilərdə sənədlərin və orijinal məqalələrin seçim üzrə və müxtəsər oxunması vərdişləri inkişaf edir, onlar işgüzar yazışma dilini öyrənir, ingilis dilində telefonda danışmaq qaydalarına yiyələnirlər.

Korporativ müştərilər üçün xüsusiləşdirilmiş proqramlar. Maliyyə və bankçılıq, marketinq, menecment, informasiya texnologiyaları, beynəlxalq ticarət, ƏE, turizm və mehmanxana biznesi, ofis-menecerlər üçün ingilis dili “İntermediate” və daha yüksək ingilis dili səviyyəsi olan dinləyicilər üçün nəzərdə tutulmuşdur.

Yeni başlayanlar, eləcə də təcrübəli istifadəçilər üçün Kompüter kursları.
Mərkəzimizdə dizaynerlər, layihəçilər, proqramçılar, sistem inzibatçıları, mühasiblər və s. üçün kompüter kursları tapa bilərsiniz.

IT - peşəkarı olmaq üçün yalnız Microsoft sistemləri üzrə deyil, eləcə də UNIX/Linux üzrə bilgiyə malik olmaq lazımdır.  Unix/Linux inzibatçılıq kursları sistemin və UNIX/Linux şəbəkəsinin idarə edilməsi tapşırıqlarını həll etmək istəyən şəxslər üçün nəzərdə tutulmuşdur. daha ətraflı...

Bizim ümdə məqsədimiz dinləyicilərimizə peşəkarlıq fəaliyyətinin müxtəlif sahələri üzrə yüksək keyfiyyətli təhsil verməkdən ibarətdir. Bizdə tamamilə yeni peşə öyrənə, yaxud artıq seçmiş olduğunuz sahə üzrə biliyinizi artıra bilərsiniz.

 

 

 

 

 

Comments:

Facebook