Ev tapşırığı

Məktəblilərlə ev tapşırıqlarının hazırlanması

Evə çox tapşırıq veriblər? – bu sualı ən çox məktəbin dəhlizlərində eşidirsən. Valideynlər özləri də ev tapşırıqlarından, uşaqlardan az qorxmurlar. Onların yerinə yetrilməsi bütün ailə üçün stres halını alır. Biz Sizin övladlarınıza ev tapşırıqlarını hazırlamağa kömək edəcəyik. Peşəkar mütəxəssislər nəinki uşaqlara ev tapşırıqlarını yerinə yetirməyə kömək edəcək, habelə onlara bu tapşırıqları sərbəst yerinə yetirməyi öyrədəcəklər. Ev tapşırıqlarının yerinə yetirilməsinə yaradıcı yanaşma, uşağın intellektual inkişafına yaxşı təsir göstərir, onun iş qabiliyyətini və intizamını artırır.

Məktəblə bağlı problemlərin həll olunması üçün, biz aşağıdakı fənlər üzrə «Ev tapşırıqlarının hazırlanması» məşğələlərini təklif edirik:

1. Riyaziyyat
2. Oxu
3. Təbiətşünaslıq
4. Rus dili
5. İngilis dili

Tədris prosesi təcrübəli mütəxəssislərin nəzarəti altında fərdi və ya kiçik qruplarda(3-6 nəfər) keçir.

Bizim məşğələlərdə məktəbdəki gərginlik yoxdur. Uşaq nəyisə bilməyə, bacarmaya, başa düşməyə, səhv edə bilər- buna görə heç kəs ona 2 verməyəcək, gündəliyində qeydiyyat aparmayacaq. Məhz bu cür şəraitdə uşaqda nəyin bahasına olursa olsun qiymət almağa yox, yeni bilik və bacarıqları inkişaf etdirməyə həvəs artır.

Comments:

Facebook