Tərcümə xidmətləri

Tərcümə xidmətləri

“A-Level” tərcümə mərkəzi 20-dən artıq xarici dilə peşəkar səviyyədə mətnlərin tərcüməsi xidməti göstərir. Tərcüməçilərimizin yüksək bacarıq və təcrübəsi bizə nöqsansız tərcümə xidmətləri göstərməyə imkan verir. Şirkətimiz dar ixtisaslı mövzular daxil olmaqla müxtəlif mövzulu mətnlərin tərcüməsi üzrə zəngin təcrübəyə malikdir.

Sifarişçinin istəyi ilə biz ilkin formata riayət etməklə orijinal sənədə tam oxşar olaraq cədvəlləri, şəkilləri, düsturları və s. saxlayır və tərcüməni peşəkar səviyyədə yerinə yetiririk.

Müasir texnikanın, avadanlığın və yüksək ixtisaslı mütəxəssislərin olması bizə audio və video materialların, veb-saytların tərcüməsini həyata keçirmək, xəbər və məlumatları əlavə etmək, saytı təzələmək, texniki göstəriş və ya reklam bukletinin tərtibatı üçün lazım olan istənilən sxemin, çertyojun, şəkillərin və fotoların qrafik təzələnməsini təmin etmək imkanı verir.

Biz aşağıdakıları təklif edirik:

Yazılı tərcümə

-İstənilən çətinlik səviyyəsində olan texniki sənədlərin tərcüməsi 
-Bədii ədəbiyyatın, kitabların, broşyuraların tərcüməsi

Şifahi tərcümə

-Danışıqların, işgüzar görüşlərin, təqdimatların, seminarların, sərgilərin ardıcıl tərcüməsi
-Sinxron tərcümə

Veb saytların tərcüməsi

-saytın tərcüməsi;
-saytın təzələnməsi, xəbər və məlumatların tərcüməsi.

Proqram təminatının lokallaşdırılması və qloballaşdırılması

- proqram təminatının tərcüməsi;
-müşayiətedici sənədlərin tərcüməsi.

Bizim iş prinsiplərimiz:

Müştərilərin etibarı
İstənilən şirkətin müvəffəqiyyətinin rəhni müştərilərin ona göstərdiyi etibardır.
Biz müştərilərimizi yüksək qiymətləndiririk. Bizim şüarımız: nöqsansız servis – keyfiyyətli nəticə - operativlikdir.
Məxfilik
Biz münasibətlərimizin və bizə təqdim olunan məlumatların məxfiliyinə zəmanət veririk. Biz Sizin kommersiya sirrinizi qoruyub saxlayırıq.
Sifariş və ödənişin rahat üsulları
Sifarişləri elektron poçtla göndərmək və almaq mümkündür.
Biz istər nağdsız hesablaşma, istərsə də nağd ödənişlər və elektron pullar vasitəsilə həyata keçirilən istənilən növ ödənişi qəbul edirik. Ödənişi bizim saytda plastik kart, Paypal, Webmoney, Western Union, Manigramma, yaxud bank köçürülməsi yolu ilə etmək mümkündür.
Biz istənilən məlumat daşıyıcıları ilə işləyirik.
Münasib qiymətlər
Uzunmüddətli müqavilələr imzalayan zaman şirkətlərə tərcümələrin həcmi, mürəkkəbliyi və təcililiyi nəzərə alınmaqla nəzərəçarpacaq güzəştlər edilir.

Mətnin dəqiq məbləğini və müddətini bilmək üçün zəhmət olmasa, aşağıdakı formanı doldurun. Əməkdaşlarımız ən qısa zaman kəsiyində Sizlə əlaqə saxlayacaq və qiymətləndirmənin nəticələri haqda məlumat verəcəklər.

Comments:

Facebook