Testing Center

Testing & Certification Center

Xarici universitetlərin rəsmi təmsilçisi olan “A-Level” təhsil mərkəzində, siz imtahan verib beynəlxalq sertifikat ala bilərsiniz.

Getdikcə dünyada daha çox insan beynəlxalq dil imtahanı verməyin vacibliyini dərk edir. Turist axını, tələbə və işçi qüvvəsi ölkədən-ölkəyə hərəkət edir və həyatın uğurlu axarı üçün ancaq dövlət sərhədlərini deyil, dil sərhədlərini də aşmaq zərurəti meydana çıxır. İngilis dili sertifikatı, yəni bilik səviyyənizi təsdiq edən rəsmi sənəd, uğur üçün beynəlxalq açar rolunu oynayır.

Sertifikasiya nə üçündür:

Sertifikasiya bilik səviyyənizi obyektiv olaraq təsdiqləyir və onun qəbul edilmiş standartlara cavab verdiyini göstərir. Sertifikasiya vasitəsi ilə həm namizəd özü, həm də onun hazırkı və ya gələcək işəgötürəni, lazımi biliklərin mövcudluğu və onların beynəlxalq standartlara cavab verməsi barədə dürüst informasiya əldə edirlər.

Üstünlüklərimiz:

Bizim sertifikasiya sistemi yüksək keyfiyyəti ilə seçilir. Sertifikat almaq üçün testlərimiz, beynəlxalq səviyyədə tanınmış Amerika və Britaniya universitetləri tərəfindən hazırlanmışdır, şifahi imtahanlar isə amerikalı mütəxəssislər tərəfindən keçirilir.

Təhsil müəssisəsinin və ya işəgötürənin tələblərinə cavab verəcək dərəcədə dil biliklərinizin mövcudluğunu təsdiq edən sənəd əldə etmək üçün, biliyinizi sübut etmək, yəni imtahandan keçmək lazımdır.

“A-Level”də imtahan verməklə siz, Amerika universitetinin, ingilis dili üzrə bilik səviyyənizi təsdiq edən, beynəlxalq sertifikatını əldə edə bilərsiniz. Bizim şirkət, bir sıra Amerika Universitetlərinin rəsmi nümayəndəsi olaraq, Azərbaycanda imtahan keçirmək üçün eksklüziv hüquqlara malikdir.

Diqqət!
ABŞ Universitetinin beynəlxalq dil sertifikatını almaq üçün növbəti imtahanların tarixi:

08 aprel 2012, 10 iyun 2012

İmtahanda iştirak etmək üçün ən azı imtahan günündən 1 həftə öncə ofisimizdə qeydiyyatdan keçmək lazımdır.

Qeydiyyatdan keçmək üçün, qeydiyyat blankını doldurmaq və şəxsiyyətinizi təsdiq edən sənədlə birlikdə bizim ofisə təqdim etmək lazımdır. Qeydiyyat blankını buradan çap edə və ya ofisimizdən əldə edə bilərsiniz.

Sertifikasiya haqqında daha ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlayın.

Təşkilatların nəzərinə!
“A-Level” kütləvi test imtahanların təşkili və keçirilməsi üzrə xidmətlərini təklif edir. Biz eyni vaxtda 1000 nəfərdən çox namizədin iştirakı ilə imtahanlar keçirməkdə çoxillik təcrübəyə malikik.

SINAQ TESTLƏRİ >>>

Comments:

Facebook