Pulsuz Online Kurslar


Bu bölmə İngilis dilini öyrənmək istəyənlər üçün nəzərdə tutulub. Mərkəzimizin xarici mütəxəssislərlə birgə hazırladığı dərslər və müxtəlif Audio-Video resurslar, İngilis dilini kifayət qədər yüksək səviyyədə öyrənməyə imkan yaradır.
Müxtəlif növ dərs vəsaitləri, yazma, oxuma, dinləmə və danışma qabiliyyətlərinin kompleks inkişafını nəzərdə tutur.

Mütəxəssislər dilin öyrənilməsi üçün tam həmin dilə uyğun mühitin yaradılmasını daha önəmli sayırlar. Bu səbəbdən saytda Azərbaycan sözlərindən mümkün qədər az istifadə etməyə çalışmışıq.

 

Saytımızın imkanları

Qrammatika
İngilis dilinin tədrisi üçün saytda 200-dən çox qrammatika dərsi yerləşdirilmişdir, hər bir dərsə xarici mütəxəssislərin hazırladığı video dərs əlavə olunur. Bu öz növbəsində dərsin başa düşülməsini asanlaşdırmaqla bərabər, tam ingilis dili mühitinə uyğunlaşmağa kömək edir.

 

 

Dinləmə(listening)

Hər bir dərsə əlavə olunan audio materiallar sizin İngilis dilində dinləmə qabiliyyətinizi inkişaf etdirəcəkdir. Bundan əlavə saytımızda külli miqdarda İngiliscə filmlər, cizgi filmləri, kitablar, audio kitablar və s. tapa bilərsiniz.

 

 

Oxu (Reading)
Hər bir Level üçün oxu (Reading) materialları hazırlanmışdır ki, bu materiallardan da təyinatı üzrə istifadə etməyiniz zəruridir. Oxu materialları mətn və həmin mətnin düzgün tələffüz formasını verən audio parçadan ibarətdir. Səhifəyə əlavə edilən proqram vasitəsilə siz mikrofon və qulaqcıqdan istifadə edərək mətni oxuyur və səsinizi yazırsınız. Daha sonra öz tələffüzünüzü bizim mütəxəssisin düzgün tələffüz forması ilə müqayisə edir və səhvlərinizi düzəltməyə çalışırsınız.

 

Video Kurs
Artıq ingilis dilini kifayət qədər yaxşı bilən istifadəçilərimiz, kursu tam əhatə edən Video kurslardan da istifadə edə bilərlər. Video Kurslar tam İngilis dilindədir. İngilis dili üzrə praktiki, xüsusilə danışıq qabiliyyətini təkmilləşdirmək üçün Çat və Conversation Club-lardan istifadə edin.

 

 

 

Əlavə materiallar
Saytımızda külli miqdarda ingilis dilində Filmlər, cizgi filmləri, kitablar, audio kitablar,oyunlar, lətifələr və s. tapa bilərsiniz. Bütün bu materiallar dilin öyrənilməsində böyük rola malik olmaqla yanaşı, ona bir növ əyləncə qatır və daha da maraqlı edir.

Comments: