Youth Leadership Summit - gənc tələbələrə real dünyada uğur qazanmaq üçün alətlər verən A-Level-ın eksklüziv yeniliyi!
Biz tələbələrə öyrəndiklərini praktikada tətbiq etmək üçün onlara unikal imkan yaradaraq akademik anlayışları və öyrənmə təcrübələrini bölüşürük. Liderlik Sammitində effektiv ünsiyyət, komanda işi, layihənin idarə edilməsi və ictimai nitq mövzularında seminarlar keçiriləcək. Tələbələr təcrübəli mentorların rəhbərliyi və dəstəyi ilə öz könüllü layihələrini inkişaf etdirmək üçün kiçik qruplarda işləmək imkanı əldə edəcəklər. Onlar parkları və çimərlikləri təmizləyən, heyvan sığınacaqları və uşaq evlərinə kömək edən könüllü layihələr hazırlaya, planlaşdıra və həyata keçirə bilərlər. Bu praktik təcrübə təkcə onların universitet ərizələrində üstünlük kimi görünmür, həm də daha da vacibi onlara gələcək karyeralarında müxtəlif problemlərin öhdəsindən gəlmək üçün inam verir.
Hər sammit fərqli sahələrdən ekspertləri dəvət edir. 2024-cü ilin fevral ayında keçirilən Gənc Liderlik Sammitində aşağıdakı şəxslər iştirak edib:
Ian Smith – Vircinia Texnologiya Universitetinin məzunu olan İan 30 ildən çox bir müddətdə Fortune 100-ə daxil olan şirkətlərdə İT sahəsindəki mürəkkəb layihələrdə çalışmışdır. 2014-cü ildə Layihə İdarəetmə Peşəkarı (P.M.P) ünvanını qazanan İan, bu sahədəki ən yaxşı sənaye sertifikat sayəsində dəyəri 1 milyon dollardan çox olan layihələrdə iştirak edərək, idarəetmə sahəsindəki təcrübəsini daha da artırmışdır. Bundan əlavə, o, bir neçə kiçik biznesi uğurla idarə edib, həmçinin kompüter dərsləri tədris edərək, onlarla gəncə mentorluq edib. Əlavə olaraq, İan ABŞ-da ilk xidmət təşkilatı olan BSA-dan skautların yalnız 6%-nin qazandığı və gənclərin ictimai fəaliyyətini həvəsləndirmək üçün nəzərdə tutulan nüfuzlu Eagle Scout rütbəsinə sahibdir.
Ayan Əliyeva – Yüksək səviyyəli xaricdə təhsil xidmətləri təklif edən və əsas mərkəzi ABŞ-də yerləşən, Azərbaycanın ilk və ən böyük təhsil mərkəzlərindən biri olan A-Level Global Education şəbəkəsinin baş direktoru Ayan liderlik sahəsində yüksək təcrübəyə malikdir. O, müxtəlif sahələrdə 7-dən çox dərəcəyə malikdir və öz böyük təcrübəsini bölüşərək, gənclərin təhsil xəyallarını reallaşdırmağa kömək etməyə daim hazırdır. Məhz Ayanın təşkil etdiyi layihə gənclərin qarşısında çoxlu qapılar açacaq bir mahiyyətə malikdir.
Julie Buckingham – Könüllü sektoru və layihə idarəçiliyi fonunda təcrübəyə malikdir. Son vaxtlar o, orta səviyyəli ingilis dili tələbələri ilə onlayn işləyir, imtahanlardan keçmək, bilik və bacarıqlarını inkişaf etdirməyə kömək edir. Eyni zamanda, tələbələrin biznes mühitində səriştələr qazanmasına, başqa sözlə müsahibələr, təqdimatlar və beynəlxalq şirkətlərlə ünsiyyət qurmaq kimi vacib məsələlərdə də dəstək olur. Julie Məşqçilik və Mentorluq Liderləri və Menecerləri üzrə ILM-in 7-ci Səviyyə Diplomunun təməli üzərində öz kouçinq biznesinə başlamışdır. Əsasən qadın müştərilər ilə çalışır.
Tatyana Voss – Əvvəllər Corc Meyson Universitetində və Ueyk Forest Universitetində Natiqlik kurslarını tədris edib və burada Ünsiyyət üzrə magistr dərəcəsi alıb. O, Bakıda ADA Universitetində İctimai Siyasət üzrə daha bir magistr dərəcəsi alaraq, qeyri-kommersiya təşkilatı olan AIESEC-in Azərbaycan üzrə ölkə direktoru vəzifəsində çalışıb. Tatyana ABŞ, Böyük Britaniya, Moldova, Macarıstan, Azərbaycan və Gürcüstan kimi ölkələrdə təhsil alıb və işləyib. Onun ünsiyyət, media və diplomatiyaya olan marağı ABŞ-nin Moldovadakı səfirliyində İctimai Əlaqələr Ofisində işlədiyi vaxt formalaşıb. O, ictimai-siyasi hadisələrlə bağlı reportajlar hazırlamaq, çıxışlar yazmaq, Səfirliyin mətbuat katibinin mediadakı çıxışlarını hazırlamaq, həmçinin sosial medianın idarə edilməsi və analitikası ilə məşğul olub. O, həmçinin Media Psixologiyası Jurnalında redaktor köməkçisi kimi çalışıb. Boş vaxtlarında məşq etməyi, akvarellə rəsm çəkməyi, gəzintiləri və yeni yerləri kəşf etməyi xoşlayır.
Bu sammit tələbələr üçün liderlik bacarıqlarını təkmilləşdirmək, dərsdənkənar təcrübə qazanmaq və nümunəvi vətəndaş kimi yetişmək üçün əla fürsətdir. Bu, həm də tələbələr üçün öz məqsədlərinə çatmaqda dəstək və rəhbərlik edə bilən həmyaşıdları və mentorları ilə əlaqə qurmaq imkanıdır. ABŞ-dan sertifikat və tövsiyə məktubu almaq üçün tələbələr növbəti 10 gün ərzində könüllü layihə yaratmalı və həyata keçirməlidirlər.
Liderlik Sammiti layihəsinin Instagram səhifəsi:
İxtisaslı məsləhət almaq üçün sadəcə olaraq əlaqə saxlamağınız kifayətdir:
Əlaqə
- Jalə Plaza / Avenue Veraj, 2-ci mərtəbə, Şamil Əzizbəyov 140 Baku, Azerbaijan
- (+994) 70 235 91 95
- office@a-level.az